Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya səfirliyində dövlət bayrağı yarıya qədər endirilib, xatirə kitabı açılıb - Foto, Yenilənib

Moskvada baş vermiş terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində Rusiyanın Dövlət Bayrağı yarıya qədər endirilib...

APA xəbər verir ki, səfirlikdə onlayn xatirə kitabı da açılıb.

Hazırda vətəndaşların binanın qarşısına gələrək gül dəstələri düzməsi və ölənlərin ruhlarına dualar oxuması davam edir.

***

Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısına dünən Moskvada baş verən terror aktı ilə əlaqədar gül dəstələri düzülüb.

APA xəbər verir ki, səfirlik binasının qarşısına gül dəstələri düzən insanlar dünənki faciədə həlak olanların xatirəsinə dualar oxuyublar.

Səfirlikdə onlayn xatirə kitabı açılıb.

Azərbaycandakı Rusiya Səfirliyinin mətbuat xidmətinin rəhbəri Yelizaveta Qlerezka baş vermiş hadisədən bütün Rusiyanın sarsıldığını bildirib. O, Bakı sakinlərinin faciə ilə bağlı səfirliyin qarşısına gül dəstələri gətirdiyini qeyd edib.

"Biz hadisəyə laqeyd qalmayan və bizimlə bu ağrını səmimi bölüşən hər kəsə təşəkkür edirik".

Səfirlik rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin Baş naziri Əli Əsədovun və Xarici İşlər Nazirliyinin də Rusiyaya başsağlığı verdiyini xatırlayaraq rəsmi Bakıya təşəkür edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Ərdoğan: Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq

Ən çox oxunanalar