Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya sanksiyalardan yan keçərək Kanadadan dron aşkarlama sistemi alıb

Rusiya Texnoloji Universiteti - MIREA (RTU MIREA) 4,5 milyon rubla “SkyEye” pilotsuz təyyarələrini aşkar etmək üçün Kanada radar detektoru alıb...

Polqon xəbər verir ki. Bu barədə Rusiyanın müxalif “Aqentstvo” nəşri məlumat yayıb. İstehsalçının təsvirinə görə, radar Moskva Dairəvi Yolu daxilində Moskva ərazisinin üçdə biri həcmində ərazini əhatə edə bilər.

Qeyd edilir ki, Rusiyaya radar idxalı Kanada sanksiyalarını pozur. Radar sistemi böyük ehtimalala sanksiyalardan yan keçməklə Rusiyaya idxal edilib.

“Aqentstvo” nəşrinin aşkar etdiyi müqaviləyə əsasən, RTUMIREA radar sisteminin alışı ilə bağlı mayın 11-də hərrac elan edib və iyunun 7-də universitet “SkyEye” radar detektorunu alıb. Bu radar sistemi Kanadanın “Skycope Technologies Inc” şirkəti tərəfindən istehsal edilib. Şirkətin saytında yer alan məlumata görə, radarın çəkisi 10 kq-dan azdır və 5 dəqiqəyə işə salına bilir. Radar sistemi öz yaddaşındakı 330-dan çox dron modelini tanıya bilir və süni intellekt sayəsində istehsalçının veb saytındakı xüsusiyyətlərə əsasən naməlum İHA-ları 99,9% ehtimalla müəyyən edə bilir.

“Skycope”un məlumatına görə, radar açıq ərazilərdə 35 km-ə qədər, şəhərdə isə 10 km-ə qədər (314 kv.km) məsafədə pilotsuz uçan aparatı aşkar etməyə qadirdir. Bu diapazon Moskva Dairəvi Yolunda (təxminən 880 kv. km) Moskva ərazisinin üçdə birindən çoxunu əhatə etmək üçün kifayətdir.

Şirkətdən verilən məlumata görə, “SkyEye” sistemi Kanada Müdafiə Nazirliyi tərəfindən bir il əvvəl ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinin də iştirak etdiyi əks-PUA sistemləri hazırlayan şirkətlər üçün keçirilən təlim zamanı uğurla sınaqdan keçirilib. “Skycope” tərəfindən dərc edilən sınaq nəticələrinə görə, “SkyEye” 35 km-ə qədər ərazidə eyni vaxtda 14-ə qədər dron aşkar edib izləmək qabiliyyətinə malik olduğunu göstərib. Təlim zamanı radardan “SkyGuard” pilotsuz uçan aparatların qarşısının alınması sistemi ilə birlikdə istifadə edilib.

“SkyEye”nin alınması ilə eyni vaxtda RTU MIREA növbəti tender keçirib. İyunun sonunda universitet 400 min rubla üç “Drone 1200” anti-dron silahı alıb. Onlayn alış-veriş saytlarında silahın təsvirinə görə, bu sistem Çin istehsalıdır və diapazonu 1,2 km-dir.

Lakin universitetin bu avadanlıqdan istifadə edib-etməməsi böyük sual yaradıb. Mayın sonunda MIREA “RİA Novosti”yə bildirib ki, universitet Rusiya universitetləri arasında ilk olaraq özünün pilotsuz uçuş aparatlarına qarşı radio əks-tədbir sistemini hazırlayıb. Daha sonra universitetin mətbuat xidməti bildirib ki, universitet iki modifikasiyalı “Vivaldi” kompleksinin prototiplərini, mobil radio silahı və radio qutusunu yaradıb.

Hökumət müqaviləsinə əsasən, radarı universitetə sahibkar Maksim Susloparov verib. Hökumət müqaviləsinə Moskvanın “Techcom” şirkəti tərəfindən 2023-cü ilin yanvarında alınan “SkyEye” sistemlərinin idxalı üzrə Avrasiya İqtisadi İttifaqının bəyannaməsi əlavə edilib. “Aqentstvo” nəşri Susloparovla əlaqə saxlaya bilməyib. “Techcom”un baş direktoru və sahibi Maksim Qalkin isə Kanada avadanlığı haqqında danışmaqdan imtina edib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri 2022-ci ilin yayındana dronlarla Rusiyadakı hədəflərə hücum etməyə başlayıb. 2023-cü ildə PUA-lar Moskva və Pskova uçmağa başlayıb və mayın 3-də Ukraynaya məxsus pilotsuz uçan aparat Kremlə zərbə endirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar