Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Qərb Hərbi Dairəsinin komandanı vəzifəsindən kənarlaşdırılıb

Rusiya Ordusunun Qərb Hərbi Dairəsinin komandanı Aleksandr Juravlyov tutduğu vəzifədən uzaqlaşdırılıb...

“Report” xəbər verir ki, bu barədə məlumat Rusiyanın vergi ödəyicisinin eyniləşdirmə nömrəsi reyestrində yer alıb.

Reyestrdə kadr rotasiyasının sentyabrın 28-də həyata keçirildiyi əks olunub.

Qərb Hərbi Dairəsinin yeni komandanı isə general-leytenant Roman Berdnikov olub. O, vaxtilə Suriyada Rusiya hərbçiləri qrupuna rəhbərlik edib.

Müdafiə Nazirliyinin saytında Juravlyov hələ də Qərb Hərbi Dairəsinin başçısı kimi qeyd olunur.

Bununla belə, nə A.Juravlyovun vəzifəsindən kənarlaşdırılması, nə də R.Berdnikovun təyinatı ilə bağlı heç bir sərəncam dərc olunmayıb.

Qeyd edək ki, Qərb dairəsinin qoşunları Xarkov vilayətində gedən döyüşlərdə iştirak edirdi. Rusiya hərbi teleqram kanalları isə onları dözümsüzlükdə və mövqelərdən geri çəkilməkdə ittiham edirdilər ki, bu da Rusiya qoşunlarının bölgədəki işğal olunmuş ərazilərin əksəriyyətini itirməsinə səbəb olub.

Xatırladaq ki, Rusiyada hərbi uğursuzluqlara görə məsuliyyət daşıyanların cəzalandırılması çağırışları var. Məsələn, ötən gün Çeçenistanın lideri Ramzan Kadırov Mərkəzi Hərbi Dairənin komandiri general Lapini (Xarkov və Luqansk vilayətlərinin şimalında qoşunlara komandanlıq edir) sərt şəkildə tənqid edib.

pia.az


Etiket: Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Bu insanlar münasibəti idarə etməyi sevirlər - Dominant bürclər

Ən çox oxunanalar