Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya İrana Britaniya casusunu ifşa etməyə kömək edib...

Bu, Rusiyanın Qərblə münasibətlərinin nisbətən normal olduğu 2019-cu ildə baş verib...

Rusiya kəşfiyyatı İranın nüvə proqramı ilə bağlı məxfi məlumatları Qərbə ötürən Britaniya agentinin izinə düşməyə kömək edib. Yanvar ayında o, edam edilib.

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Bu ilin yanvarında İran 2000-2008-ci illərdə İranın müdafiə nazirinin müavini işləmiş və ölkənin bir sıra yüksək səviyyəli rəsmilərinin müşaviri olmuş Əli-Rza Əkbərinin edam edildiyini elan edib. 2019-cu ildə o, İran hakimiyyəti tərəfindən həbs edilib və casusluqda ittiham olunub.

İran hakimiyyəti iddia edir ki, Əkbəri Britaniya kəşfiyyat xidməti MI6 tərəfindən işə götürülüb və 2004-cü ildən İranın nüvə proqramı ilə bağlı mühüm məlumatları Qərbə ötürüb.

NYT-nin məlumatına görə, ölkənin zənginləşdirilmiş uran istehsalı üzrə əsas mərkəzi olan İrandakı Fordo yeraltı kompleksinin əsl məqsədini Qərbə məhz Əkbəri açıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Ən çox oxunanalar