Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistanla birlikdə işğal altında olan sərhəd zolağında təlim keçirib - Hərbi ekspert “narahat olmamalıyıq” deyir


Üzeyir Cəfərli: “Biz onsuz da bilirik ki, bütün oyunların başında Rusiya dayanır və Kreml vəziyyətin gərginləşməsində maraqlı görünür”


“Elə bilirlər ki, Rusiya istənilən an Azərbaycanı dağıda bilər. Halbuki Rusiya Azərbaycana qarşı hansısa kobud davranışa yol verə bilməz”.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanın işğal altında olan İranla sərhədində RusiyaErmənistanın sərhəd qoşunlarının birgə keçirdiyi təlimə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Ermənistan saytlarının yaydığı məlumata əsasən Azərbaycanın işğal altında olan İranla sərhədində RusiyaErmənistanın sərhəd qoşunları birgə təlim keçiblər. Bu təlimin əsas məqsədi qondarma Dağlıq Qarabağ Respublikasına keçən “sərhəd pozucularının” qarşısını almaq olub. Hətta təlim zamanı Ermənistan sərhəd qoşunları Rusiya FSB-nin sərhəd qoşunları ilə birlikdə qondarma DQR-in sözdə sərhədini pozan, biri Ermənistandan, biri isə İrandan olmaqla iki şəxsi zərəsizləşdirblər.

Rusiya  Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərində işğalçı Ermənistan silahlı qüvvələri ilə birgə təlim keçmələri Qarabağ münaqişəsində əsas vasitəçi ölkə olan Rusiyanın işğalda iştirakı anlamına gələ bilərmi?  Eyni zamanda Azərbaycanın işğal olunmuş İranla sərhədinin Rusiya FSB-nin sərhəd qoşunları tərəfindən qorunması beynəlxalq qanunlara nə qədər uyğundur və bununla bağlı Azərbaycan tərəfinin beynəlxalq təşkilatlar səviyyəsində etiraz etməsi doğru olmazmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərovun fikirlərini öyrənib. 

Image result for üzeyir cəfərov

Üzeyir Cəfərov: “İndiki şəraitdə güc amilinin daha çox rol oynadığını bilirik, amma bu o demək deyil ki, Rusiya istənilən an Azərbaycana qoşun yeridə bilər. Rusiyanın canını alarlar”.


RusiyaErmənistanın birgə təlimlərinin  Azərbaycanın hansısa etiraz etməyinə əsaslı səbəb olmadığını bildirən hərbi ekspert Üzeyir Cəfərova görə, sadəcə olaraq bu məsələdə Rusiyanın daha diqqətli olması vacibdir. Çünki Azərbaycana qarşı hansısa ciddi yanlışı onun özü üçün zərərli ola bilər:

Rusiya-Ermənistan münasibətləri  ikitərəfli münasibətlərdir və atdıqları birgə addımları özləri bilərlər. Ancaq onların etdikləri Azərbaycana qarşı zərrə qədər də narahatçılıq gətirməməlidir. Son zamanlar Rusiyanın bəzi addımları şəxsən məndə çox böyük qıcıq yaradır. Biz onsuz da bilirik ki, bütün oyunların başında Rusiya dayanır və Kreml vəziyyətin gərginləşməsində maraqlı görünür. Ermənistan müstəqil dövlət sayılsa da, formal bir ölkə olduğu məlumdur. Yəni, bu ölkə öz sərhədlərini, iqtisadiyyatını  və hər şeyini başqa bir ölkəyə etibar edib. Hesab edirəm ki, Rusiya bəzi addımlarında daha çox ehtiyatlı olmalıdır. 

RusiyaErmənistan birgə təlimlər keçirmək istəyirlərsə, keçirsinlər. Onlar ikitərəfli şəkildə “Kollektiv Təhlükəsizlik müqaviləsi “ təşkilatı çərçivəsində olan bir təşkilatda yer alırlar. Biz onların keçirdiyi təlimlərlə bağlı heç nə deyə bilmərik. Lakin vay o gündən ki, hansısa rus əsgəri və ya zabiti işğal olunmuş Azərbaycan ərazilərində peyda olsun və ya orada təlim keçirsin. Bu zaman Rusiyanın başı ağrıya bilər.

Mən açıq şəkildə qeyd edim ki, biz uzun illər SSRİ-nin tərkibində olduğumuza görə insanlarımızın əksəriyyətində hələ də Rusiya xofu var. Hər zaman demişəm, Rusiyadan qorxmaq lazım deyil. Rusiya bizim qonşumuzdur və biz 90-cı illərdə yaşamırıq. Elə bilirlər ki, Rusiya istənilən an Azərbaycanı dağıda bilər. Halbuki Rusiya Azərbaycana qarşı hansısa kobud davranışa yol verə bilməz.Rusiya digər regionlarda çox ciddi problemlərlə üz-üzədir.

Əslində Rusiya sözdə Azərbaycana dəstək veriir, amma əməldə işğalçının yanındadır. Biz bunun şahidiyik. Azərbaycan Rusiyanın iqtisadiyyatına çox böyük yatırımlar verir. Bu gün  Rusiyadan növbəti  partiya döyüş texnikası və silah sursatları Azərbaycana gətirilib. Biz buna görə Rusiyaya milyardlarla pul veririk. Ancaq Ermənistan zəli kimi Rusiyanın sinəsinə çöküb və onu sorur.  

Ermənistan bizim üçün düşmən və  işğalçı dövlətdir. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və biz nə olursa-olsun bu məsələni öz xeyrimizə həll etməliyik. Rusiya buna heç bir halda mane ola bilməz. Həmçinin Azərbaycan mətbuatı və cəmiyyəti də son dərəcə sərbəst olmalıdır. İndiki şəraitdə güc amilinin daha çox rol oynadığını bilirik, amma bu o demək deyil ki, Rusiya istənilən an Azərbaycana qoşun yeridə bilər. Rusiyanın canını alarlar. Rusiyanın Azərbaycana qarşı etdiyi hərəkət onun parçalanmasına səbəb ola bilər. Rusiya var deyə, biz əlimizi yanımıza salmalı deyilik. Biz Rusiyaya hörmətlə yanaşırıq, ona görə də Rusiya bizə hörmət etməyə borcludur”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar