Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya doğrudanmı “silahlanma yarışında” ABŞ-ı və NATO-nu üstələyir?

Hərbi ekspert: “Bu gün Rusiyanın dünya silah bazarında, dünya siyasətində və münaqişə zonalarında göstərdikləri sadəcə blefdir”

“Cəmi 40 milyard dollar büdcəsi olan Rusiya silahlı qüvvələrinin dünyanın inkişaf etmiş ölkələri, həmçinin NATO ölkələrinin büdcəsi və dünya hərbi büdcəsinin 40%-ni təşkil edən Pentaqon büdcəsi qarşısında hansısa əhəmiyyətə malik olması ağılasığan deyil”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Rusiyanın nümayiş etdirdiyi yeni silahların aqibətini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Rusiya son zamanlar özünün ən yeni silahlarını nümayiş etdirir. Qeyd edək ki, SSRİ dönəmində yeni silahlar qətiyyən nümayiş etdirilmir və yeni silahlar barədə məlumatlar ən gizli hərbi sirr olaraq qorunurdu. Lakin prezident Vladimir Putin demək olar ki, hər fürsətdə Rusiyanın yeni raketlərini nümayiş etdirir və bu dəhşətli silahlarla öyünür. Elə Rusiya prezidenti ötən həftə Federal Şuraya müraciətində Rusiya istehsalı olan yeni silahlardan, raketlərdən daha çox bəhs edib. Hətta strateji nüvə enerjisi ilə çalışan raketin buraxılışının videosunu da nümayiş etdirib.

Putin bildirib ki, nüvə reaktoru ilə çalışan yeni silah meteorit kimidir. “Dünyada hələ bunun bənzəri yoxdur”, deyə o salondakı monitorda təqdim edilən raket kompleksindən danışarkən bildirib. Bundan başqa, Putin bildirib ki, artıq onlar yeni raket kompleksininin kütləvi istehsalına başlayıblar. Yeni raket sistemi hipersəs sürətinə malikdir. Artıq hipersəsli aviasiya silahları ölkənin cənubundakı hərbi hissələrə yerləşdirilib. Bundan başqa, o lazer silahı üzərində də iş aparıldığını bildirib.

Bəzilərinə görə, Putinin nümayiş etdirdiyi silahlar əslində blefdir. Bu silahların hədəfə kilidlənməsi imkansızdır və bu üzdəndə həmin raketləri idarə etmək mümkün deyil. Belə ki, silah nümayişi və yeni taktikanın sınağı ilə real müharibə arasında böyük fərqlər var. Putinin əleyhdarları və bir sıra rus mühəndisləri Putinin yeni silahlarını sadəcə “multfilm” adlandırıblar. Onlar sübüt etməyə çalışırlar ki, Rusiyaya dünyanın qüdrətli dövlətlərindən biri kimi baxmaq lazım deyil. Bunun üçün Rusiyanın iqtisadi və texnoloji resursları yoxdur.

Digər tərəfdən, Putin obyektiv göstəricilərin onun xeyrinə olmadığını çox gözəl başa düşür. Putin blef və boş təhdidlərə, teatral jestlərə və pərdəarxası oyunlara ümid edir. O, təhlükəli, eyni zamanda özündən əmin ölkə obrazı yaratmaq istəyir.

Rusiyada və Qərbdə isə bəziləri hesab edirlər ki, Rusiya yeni raketlərlə həqiqətən qarşısıalınmaz bir gücə çevrilir. Bu güc Rusiyanın fövqəldövlət kimi formalaşması üçün yetərlidir. Putinin hərbi gücündən danışan Qərb analitikləri hazırda Rusiyanı Qərb üçün əsas təhlükə olaraq göstərirlər. Bu da Putinin işinə yarayır. Çünki məhz qorxunc və qarşısıalınmaz Rusiya şəklini yaratmaq Putinin əsas hədəfidir.

Doğurdanmı, hərbi büdcəsi Rusiyadan 10 dəfə geri olan və korrupsiya minimum səviyyədə olan Pentaqon Rusiyanın yeni silahları qarşısında acizdir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.

Ədalət Verdiyev: “Son zamanlar Rusiyanın istehsal etdiyi silahlar heç bir lokal və ya genişmiqyaslı əməliyyatlarda ciddi nailiyyət göstərməyib”.

“Təbii ki, Rusiya artıq SSRİ deyil. Bütün Şərqi Avropa və 15 müttəfiq respublikanın birgə xidmət etdiyi SSRİ ilə indiki Rusiyanın hərbi, iqtisadi, siyasi və diplomatik potensialı arasında böyük fərqlər var. Bu fərqlərin araşdırılması və nəzərə çatdırılması üçün son illərdə baş verən hadisələrə diqqət yetirmək kifayətdir. Rusiyanın bu gün hansısa audio-video kliplər göstərərək, müəyyən silah sınaqları keçirməsi və yüksək nəticələr əldə etdiyini göstərən reklam xarakterli məlumatlay yayması yersizdir. Çünki nümayiş etdirilən göstəricilər həmin silahların real nəticələri deyil. Sadəcə bu silahların atılması nümayiş etdirilir.

Digər tərəfdən, cəmi 40 milyard dollar büdcəsi olan Rusiya silahlı qüvvələrinin dünyanın inkişaf etmiş ölkələri, həmçinin NATO ölkələrinin büdcəsi və dünya hərbi büdcəsinin 40%-ni təşkil edən Pentaqon büdcəsi qarşısında hansısa əhəmiyyətə malik olması ağılasığan deyil. Eyni zamanda ABŞ-ın müttəfiqləri olan Yaponiya, Koreya, İngiltərə , Fransa, İtaliya, Norveç,İspaniya və başqa ölkələrin, həmçinin Ərəbistan yarımadasında olan güclü neft ixracatına malik olan Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və İsrailin büdcələrini əlavə etsək, Rusiyanın imkanları çox cılız görünür.

Ədalət Verdiyev: “Son münaqişələrdə Rusiyanın ən yüksək xarakteristikaya malik olan silahlarını İsrail 12 il bundan əvvəl istehsal etdiyi sistemlərlə məhv edib”.

Son zamanlar Rusiyanın istehsal etdiyi silahlar heç bir lokal və ya genişmiqyaslı əməliyyatlarda ciddi nailiyyət göstərməyib. Məsələn, Suriya münaqişəsində Rusiyanın hava hücumundan müdafiə silahları ilə tam tərkibdə silahlanmasına baxmayaraq, İsrail hərbi hava qüvvələrinin təyyarələri, tank əleyhinə idarə olunan raket kompleksləri və müxtəlif hərbi sursatları tam sərbəstliklə istədikləri hədəfləri məhv etməyə nail olub. Son münaqişələrdə Rusiyanın ən yüksək xarakteristikaya malik olan silahlarını İsrail 12 il bundan əvvəl istehsal etdiyi sistemlərlə məhv edib və dünya silah bazarında artıq Rusiyanı sıxışdırmağa başlayıb. Bu baxımdan demək olar ki, bu gün Rusiyanın dünya silah bazarında, dünya siyasətində və münaqişə zonalarında göstərdilkəri sadəcə blefdir.

Rusiyanın bu blefləri göstərməsi daxili auditoriyaya hesablanmış bir addımdır. Yaxın bir neçə il əvvəl Putin iqtisadiyyatdan, diplomatiyadan, qonşularla münasibətdən danışarkən Dövlət Duması Federal məclisinin iştirakçıları bu çıxışı tam sükutla qarşılayıblar. Lakin Putin “Avanqard” raketi, uzaqmənzilli ballistik raketlərdən danışarkən bir anda rus cəmiyyəti canlandı və Putini alqışladı. Bu da onu göstərir ki, Rusiya cəmiyyətində millitarizm və qəsbkarlıq üstünlük təşkil edir”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar