Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya aviasiyası durmadan bombalayır, Əsəd qoşun yığır...

Türkiyə və Rusiya prezidentləri arasında ötən həftə Soçidə baş tutmuş danışıqların ardınca Suriyanın şimalında vəziyyət stabilləşməyib. virtualaz.org xəbər verir ki, Rusiyanın Hava Kosmik Qüvvələrinin təyyarələri müntəzəm olaarq İdlibdə müxalif qruplaşmaların mövqelərinə rbaket-bomba zərbələri endirir. Sosial şəbəkələrdə yayılan kadrlara əsasən hava zərbələri zamanı ağır bombalar da tətbiq olunur. Rusiya tərəfi bu zərbələri Hmeymim aviabazasına kamikadze-dronların köməyi ilə yeni hücum cəhdləri ilə əsaslandırır.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında danışıqların əsas mövzularından biri Suriyanın şimalında, İdlib deeskalasiya rayonunda vəziyyət olmuşdu. Tərəflər bu regionda stabilliyin qorunmasının vacibliyi məsələsində ümumi razılığa gəlmişdilər. Lakin belə görünür ki, status-kvonun qorunub saxlanılması barədə anlaşma pozulur, çünki Bəşər Əsəd rejimi öz ordu qüvvələrini İdlibə cəmləşdirməkdə davam edir. Yayılan xəbərlərə görə, Əsəd ordusu müxalif qruplaşmaların nəzarətindəki bölgələrə hücuma başlamaq niyyətindədir. Son məlumatlara görə, Suriya ordusunun daha bir karvanı, o cümlədən zirehli texnikaları , artilleriyası İdlibə doğru hərəkət edib.

Əlbəttə, Türkiyə də Suriyanın şimalında öz mövqelərini qoruyub saxlamaqda qətiyyətlidir və son məlumatlara görə Türkiyə Silahlı Qüvvələrinin yeni bölmələri Qafr-Lusin sərhəd-keçid məntəqəsindən İdlibə daxil olub. Bura zirehli texnikalar və dayaq məntəqələrini möhkəmləndirmək üçün beton bloklar daşıyan TIR-lar daxildir. Bundan əvvəl, Soçi danışıqları ərəfəsində Türkiyə Suriyanın şimalında daha bir neçə min hərbçi və çoxsaylı texnika yeritmişdi.(virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Ən çox oxunanalar