Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus varlılar Dubaya axışır- əmlaka tələbat kəskin artıb

Birləşmiş Ərəb Əmirliyində 204 min dollara ev almaq kifayətdir ki, yaşayış icazəsi də əldə edəsən...

Varlı ruslar sanksiyalar səbəbindən Dubaya üz tutublar ki, bu da əmlakların qiymətlərini kəskin artırıb. Alıcıları Dubayda cəlb edən yumşaq vergi qanunları, yaşayış icazəsi almaq imkanı və sənədləşmənin asan olmasıdır. Avropada aktivlər almaq üçün ruslar indi hiylələrə əl atmalıdırlar - xarici banklarda rubl hesabları açmalı, nağd pul çıxarmalı və kriptovalyutalar vasitəsilə yenidən dollar çevirməlidirlər.

"Golden Brown Group"un baş direktoru Tatyana Burlakovskaya bildirib ki, martın əvvəlindən rusların Dubayda daşınmaz əmlak alması fevral ayı ilə müqayisədə 40% artıb. Rusların Dubaydakı əmlak əməliyyatlarının sayı ötən illə müqayisədə 70% artıb.

“Becar Asset Management” in prezidenti Aleksandr Şarapov rusların Dubayda daşınmaz əmlaka hazırkı tələbatını heyrətamiz adlandırıb, baxmayaraq ki, Ukrayna böhranından əvvəl də bu sahəyə rusiyalıların marağı olub. O qeyd edib ki, 2021-ci ildə Dubayda daşınmaz əmlakın dəyəri 44%, bu ilin yanvar-fevral aylarında isə daha 7% artıb. Onun sözlərinə görə, hazırda Dubayda əmlak sövdələşmələri 272 min -816 min dollar arasında dəyişir.

Şarapov qeyd edib ki, hazırda Dubayda 300 minə yaxın rusdilli insan yaşayır ki, bu da əmirliyin əhalisinin 10%-ni təşkil edir. Rusları əmlak və gəlir vergilərinin olmaması cəlb edir. Dubayda 204 min dollara ev almaq kifayətdir ki, yaşayış icazəsi də əldə edəsən. Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri ilə Rusiyanın birbaşa uçuşlarını davam etməsi də rus varlıları üçün bir üstünlük hesab olnur. Rusiyalı varlıların Gürcüstan, Tayiland və Türkiyədə də əmlak bazarına diqqəti artıb.

"Golden Brown Group"un baş direktoru Tatyana Burlakovskaya deyib ki, Türkiyə həmişə rusların marağında olub. 2021-ci ildə onlar ölkədə 5,4 min daşınmaz əmlakla bağlı əməliyyat aparıb ki, bu da 2020-ci illə müqayisədə 75% çoxdur.

O da qeyd edilir ki, indiki böhran zamanı sərmayələr müqabilində yaşayış icazəsi və vətəndaşlıq hüququ qazanmaq istəkləri dəfələrlə artıb. Amma bu cür müraciətlərin coğrafiyası indi məhduddur. “Henley & Partners” şirkətinin məlumatına görə, ruslar üçün BƏƏ, İsveçrə, Böyük Britaniya, İtaliya, Lüksemburq, Portuqaliya, Avstriya, Avstraliya, Kanada, Tailand və Kiprdə sərmayə qoyaraq yaşayış icazəsi almaq imkanları hələ də mövcuddur. İnvestisiya yolu ilə vətəndaşlıq alınması Türkiyə və Serbiyada da mümkündür. Lakin qeyd edilir ki, həmin ölkələrdə bank hesablarının açılması və xaricə vəsaitlərin köçürülməsi ilə bağlı çətinliklər qalmaqdadır. Məsələn, Kiprdə və bir çox Avropa ölkələrində hazırda ruslar ödənişlər həyata keçirə bilmir. Ancaq Dubay, Türkiyə və dost olmayan ölkələr siyahısına daxil edilməyən digər dövlətlərdə sanksiyalara məruz qalmayan banklardan SWIFT köçürmələri etmək imkanları qalır.

Rusiyadan xarici valyutanın çıxarılmasının 10 min dollar civarında məhdudlaşdırılması da əlavə problem yaradır. Məsələn, türk bankları rublu qəbul etmək istəmirlər. Üstəlik, martın 7-dən etibarən bir sıra xarici banklar Rusiya vətəndaşları üçün hesab açmaqdan imtina etməyə başlayıblar.

Rublun çıxarılması həmişə ruslar üçün sərfəli deyil, konvertasiya zamanı böyük məbləğdə itirə bilərərlər. Buna görə də, hələlik bir neçə variantdan biri, sonradan nağd pula çevrilən kriptovalyuta vasitəsilə köçürmədir.

Ruslar BƏƏ-nin ABŞ-a soyuq münasibətini də diqqətlə izləyirlər. “The Wall Street Journal” xəbər verib ki, BƏƏ-nin faktiki hökmdarı və Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyanla krallıqdakı bütün məsələlərə də qərar verən Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Baydenin telefon zəngini iqnor ediblər. ABŞ dünya və xüsusilə Avropa bazarlarında qiymətləri aşağı salmaq, bununla da “anti-Rusiya sanksiyalarının Avropaya vurduğu zərəri azaltmaq üçün” onları neft hasilatını artırmağa inandırmağa çalışırlar. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar