Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rumıniya və Bolqarıstanın Şengenə qoşulmasına veto qoyuldu

Rumıniya və Bolqarıstanın Şengenə qoşulmasına veto qoyulub. Yeni ildən sonra isə Xorvatiya Şengenə daxil olacaq...

PİA.az “Euronews”a istinadən xəbər verir ki, Xorvatiyanın 2023-cü il yanvarın 1-dən Şengen zonasına daxil olacağı dəqiqləşib. Avropa Şurasında qəbul edilən qərarla Şengen zonası 10 ildən artıq müddətdə ilk dəfə olaraq genişləndiriləcək. İclasda Avstriyanın etirazı ilə Rumıniya və Bolqarıstanın Şengen bölgəsinə üzvlüyü rədd edilib.

Xəbərə görə, Xorvatiyanın AB nümayəndəsinin sosial media hesabından etdiyi açıqlamada deyilir:

“Son addım tamamlandı. Şura qərarı qəbul etdi. Xorvatiyanın Şengen bölgəsinə 1 yanvar 2023-cü ildən etibarən qoşulacağı təsdiqləndi”.

Bu barədə qərar Aİ daxili işlər nazirlərinin Brüsseldə keçirilən iclasında qəbul edilib. Aİ-yə sədrlik edən Çexiya da qərarı təsdiqləyib və bu qərarla Şengen zonasının ilk dəfə 10 ildən artıq müddətdə genişləndiyini bildirib. Sonuncu dəfə Lixtenşteyn 19 dekabr 2011-ci ildə Şengen zonasına üzv olmuşdu. Xorvatiya da 2023-cü il yanvarın 1-dən Aİ-nin ümumi valyutası olan avro zonasına qoşulacaq.

Avropa Şurası Bolqarıstan və Rumıniya “yox” dedi

Xorvatiyanın yekdilliklə qəbul edildiyi iclasda Avstriyanın etirazı ilə Rumıniya və Bolqarıstanın Şengen zonasına üzvlüyü rədd edilib. Hollandiya Rumıniyaya “hə”, Bolqarıstana isə “yox” səsini verib.

Qeyd edək ki, Şengen zonası Aİ-nin 22 üzvü və İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn daxil olmaqla, 26 ölkədə yaşayan təxminən 420 milyon insana pasport nəzarəti olmadan sərhədlər arasında sərbəst gediş-gəliş imkanı verir. Avropanın mikro ölkələri, Monako, Vatikan və San Marino da faktiki olaraq Şengen zonasındadır.

Şengen zonasında iştirak bütün Aİ üzvləri üçün qanuni öhdəlik olsa da, danışıqlar yolu ilə yalnız İrlandiyanın Şengen zonasına daxil olmaması qəbul edilib. Şimal və cənuba bölünən Kipr də Şengen zonasına daxil edilməyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay