Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev neftçilərə yeni mənzillərin orderlərini təqdim edib

Sentyabrın 19-da-Neftçilər günü ərəfəsində neft-qaz sənayesi işçiləri üçün Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki İlqar Mirzəyev küçəsi 3 ünvanında inşa edilən 1 girişli 16 mərtəbəli və mansarddan, eləcə də ikimərtəbəli zirzəmidən ibarət olan yeni yaşayış binası istifadəyə verildi.

Bu barədə PİA.az Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir. 96 mənzilin olduğu binada, ümumilikdə, 16 üç otaqlı, 64 iki otaqlı və 16 bir otaqlı mənzil var. Binanın ümumi sahəsi 8263,20 m2, 1-ci mərtəbədə yerləşən qeyri yaşayış sahəsi isə 734,2 m2-dir. Bina su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, qaz plitələri, dəhliz mebeli və çilçıraqla təmin olunub, həyətdə istirahət guşəsi yaradılıb, ətraf ərazi abadlaşdırılıb.

Mənzil alan neftçiləri təbrik edən SOCAR prezidenti Rövnəq Abdullayev deyib: “Dünyada baş verən qlobal pandemiyanın iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları neftçilərin sosial məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Əməkdaşlarımızın növbəlilik əsasında mənzillərlə təmin edilməsi şirkətimiz üçün əsas prioritetlərdəndir. Biz, bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.

Rövnəq Abdullayev binadakı mənzillərin şəraiti ilə tanış olub. Sonra burada mənzil alan neftçilərə order və açarlar təqdim edilib. 2018-ci ilin aprelindən tikintisinə başlamış binanın sifarişçisi “Neftçi” MTK, layihəçisi “Kəpəz” YİF, podratçısı isə “Bakıyaşayıştikinti” MMC-dir.

Xatırladaq ki, mənzil uçotunda olan neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması və yeni yaşayış binalarının tikilməsi məqsədi ilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. Yaxın zamanlarda Bibiheybət ərazisində yeni yaşayış kompleksinin tikintisinə başlanılacaq.(Report)

Fotolar

pia.az

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar