Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rosneft” rəhbəri: “OPEC azalan neft hasilatını kompensasiya edə bilməyəcək”

“OPEC-in əlavə hasilat imkanları azalan hasilatı kompensasiya etmək üçün kifayət deyil”

Bu barədə Rusiyanın “Rosneft” şirkətinin rəhbəri İqor Seçin İtaliyanın Verona şəhərində keçirilən Avrasiya İqtisadi Forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, “Total”ın İrandakı layihələrdən çəkilməsi, ABŞ-ın Venesuelaya qarşı sanksiyaları, Liviya, Suriya və digər bölgələrdəki qeyri-sabitlik yeni layihələrin tətbiqinə mane olur.

“Bugünkü əlavə hasilat imkanları son on ildə ən aşağı səviyyədədir. Və OPEC-in, əsasən, ABŞ Administrasiyasının addımları ucbatından azalan hasilatı kompensasiya edə bilməyəcəyi ilə bağlı birbaşa təhlükə var. Hər hansı əlavə xarici mənfi hadisə neftin qiymətində kəskin artıma gətirib çıxara bilər və bu, dünya iqtisadiyyatı üçün riskləri gücləndirəcək və son onilliyin iqtisadi artım tsiklini tamamlayacaq”, – İ.Seçin vurğulayıb.

O qeyd edib ki, bundan hamı, ilk növbədə, Çin, Hindistan və ən kasıb istehlakçı ölkələr zərər görəcək. Bununla belə, “Rosneft” şirkətinin rəhbəri hesab edir ki, sonda amerikalı və avropalı istehlakçılar bundan əziyyət çəkəcək/Report.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Putin yeni hökümət üzvlərini gələcək planların həyata keçirilməsinə ciddi yanaşmağa çağırıb

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Ən çox oxunanalar