Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reuters: Türkiyə Suriyada neft quyularını bombalayıb

Suriya mənbələri Türkiyənin ölkənin şimal-şərqindəki neft quyularını vurduğunu və əməliyyatın ölkə daxilində irəlilədiyini bildirib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pentaqon, həmçinin, ABŞ əsgərlərinin təhlükə altında olduğunu açıqlayıb.

“Reuters” xəbər agentliyi Türkiyə döyüş təyyarələrinin Suriyanın şimal-şərqində ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDG) nəzarəti altında olan neft obyektlərini bombaladığını bildirib. Agentliyin adı açıqlanmayan üç yerli mənbəyə istinadən verdiyi xəbərdə, türk PUA-larının çərşənbə günü gecə saatlarında Qamışlı və Rumeylan yaxınlığındakı neft obyektlərini vurduğu bildirilib. Rumeylan bölgəsində ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın bazası da var. Qamışlı və Hasekili mənbələri Türkiyənin PUA hücumlarını gücləndirdiyini və yüksək rütbəli YPG hərbçilərini hədəf alaraq yaşayış məntəqələrinə qədər genişləndirdiyini iddia edib.

SDG: Türkiyə quru əməliyyatı üçün zəmin hazırlayır

ABŞ-ın Suriyadakı ən mühüm müttəfiqi, əsasını YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin verdiyi açıqlamada Türkiyənin hazırkı əməliyyatının əvvəlki ordu ilə müqayisədə daha çox daxili bölgələrə yayıldığı bildirilir. Əməliyyatlarda 15 mülki vətəndaş və 25 Suriya əsgəri hava hücumlarında həyatını itirib. SDF hücumlarda 11 döyüşçünün də öldürüldüyünü açıqlayıb.

SDG-nin bəyanatında deyilir:

“Düşmən müdafiə qüvvələrimizə, xüsusilə komandirlərimizə və komanda mərkəzlərimizə böyük zərbələr endirməyi hədəfləyir. Bu yolla quru əməliyyatları üçün zəmin hazırlayır”.

Suriya kürd qüvvələrindən ibarət YPG PKK-nın Türkiyədəki davamçısı hesab olunur hesab olunur.

Pentaqon: “Amerika hərbçilərinin təhlükəsizliyi risk altındadır”

Pentaqondan verilən açıqlamada ABŞ Müdafiə Nazirliyi Türkiyənin hava hücumlarının Amerika hərbçilərinin təhlükəsizliyini təhdid etdiyini və İŞİD-ə qarşı illərlə davam edən irəliləyişi təhlükə altına atdığını bildirib.

ABŞ-ın Suriyada, əsasən SDG-nin nəzarətində olan neftlə zəngin şimal-şərq bölgələrində ümumilikdə 900-ə yaxın əsgəri var. “Reuters” xəbər agentliyinə əsasən, Pentaqonun bəyanatına münasibət bildirən Türkiyə müdafiə nazirliyindəki bir mənbə “hədəflərin dəqiqliklə seçildiyi” və amerikalı həmkarları ilə yaxın təmasda olduqları barədə açıqlama verib.

Qeyd edək ki, adı açıqlanmayan türk mənbə neft obyektlərinin Türkiyənin hədəfləri arasında olmadığını bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Ən çox oxunanalar