Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşt-Astara dəmir yolunun tikintisi 2028-ci ilədək bitə bilər

Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır...

“APA-Economics”in “TASS“a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin rəhbəri Vitaliy Savelyev bildirib.

“Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun inkişafı çərçivəsində 2023-cü ilin mayında hökumətlərarası saziş imzalanıb ki, bu da İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin çatışmayan hissəsinin tikintisi ilə bağlı təxminən 20 illik müzakirələrin nəticəsidir. Biz 2028-ci ilə qədər tikintinin tam yerinə yetirilməsini gözləyirik”, - Vitaliy Savelyev qeyd edib.

Onun sözlərinə görə, “Rusiya Dəmir Yolları” Holdinqinin məqsədi 2023-cü ildə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə 1 milyondan çox konteyner daşımaqdır.

Qeyd olunur ki, mayın 17-də Rusiyaİran Fars körfəzi limanlarına birbaşa keçidi təmin edəcək (Azərbaycan ərazisindən keçməklə - red.) Şimal-Cənub layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.

Xatırladaq ki, hazırda Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Sumqayıt-Yalama dəmir yolu yenidən qurulur. Yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ən çox oxunanalar