Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Rusiyaya ballistik raketlər verən İranı hədələyib

Avropa İttifaqı İranın Rusiyaya ballistik raketlər verməsi barədə məlumat alıb...

Poliqon Deutsche Welle nəşrinə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin sözçüsü Peter Stano açıqlama verib.

"Biz müttəfiqlərin İranın ballistik raketlərinin Rusiyaya tədarükü ilə bağlı verdiyi məlumatları yoxladıq", deyə Peter Stano bildirib.

Diplomatik xidmət nümayəndəsinin qeyd etdiyi kimi, ballistik raketlərin tədarükü İranın Rusiyanın Ukraynaya qarşı qanunsuz işğalçı müharibəsinə dəstəyinin əhəmiyyətli dərəcədə artması demək olacaq.

"Aİ liderlərinin yekdil mövqeyi həmişə aydın olub. Brüssel tez və beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə, o cümlədən İrana qarşı yeni və əhəmiyyətli məhdudlaşdırıcı tədbirlərlə cavab verəcək", deyə Peter Stano bildirib.

Bu yaxınlarda kütləvi informasiya vasitələrində İranın Ukraynaya qarşı müharibə üçün Rusiyaya yeni silahlar ötürməyə hazırlaşdığı barədə xəbərlər getməyə başlayıb. Ötən gün The Wall Street Journal Moskvanın Tehrandan ballistik raketlər aldığını bildirib. Nəşr yazıb ki, ABŞAvropa İttifaqı İranı beynəlxalq səhnədə daha da təcrid edə biləcək belə bir addıma cavab olaraq yeni tədbirlər hazırlayır.

Raketlərin Rusiyaya ötürülməsini İran rəsmisi Əhməd Baxşayeş Ərdəstani də təsdiqləyib. Onun sözlərinə görə, İran müharibəyə birbaşa müdaxilə etmir, ehtiyaclarını ödəmək üçün Rusiyaya silah satır.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ən çox oxunanalar