Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada tənəzzül: Böhranın qarşısını almaq üçün daha çox pul lazımdır

Avropada qitədə iqtisadi tənəzzülün qarşısını almaq üçün plan təqdim edilib...

Poliqon xəbər verir ki, 328 səhifəlik sənədi Avropa Mərkəzi Bankının (AMB) keçmiş prezidenti Mario Draqi hazırlayıb.

"Bu, ekzistensial çağırışdır", deyə Draqi hesabatda qeyd edib.

O bildirib ki, Avropa İttifaqı II Dünya müharibəsinin bitməsindən sonra Marşal Planına görə iki dəfə çox sərmayə qoymalıdır. O zaman bu məbləğ 13 milyard dollar (2024-cü il ekvivalentində 150 ​​milyard dollar) həcmində idi.

Onun fikrincə, hazırda Aİ-ni zəif artım və aşağı məhsuldarlıq dövründən çıxarmaq lazımdır. Avropa ABŞ və Çindən geri qalır, ona görə də müdafiə və sənaye infrastrukturunun maliyyələşdirilməsi üçün yeni birgə borc öhdəlikləri çıxarmaq lazımdır.

Amerika mətbuatının yazdığı kimi, Avropa 2050-ci ilə qədər istixana qazlarının emissiyasını sıfıra endirməyi qarşısına məqsəd qoyub. Draqinin fikrincə, texnologiyaları inkişaf etdirmək və sonradan dünyaya ixrac etmək üçün məhz bundan istifadə edilməlidir.

"Biz elə bir nöqtəyə çatmışıq ki, hərəkətsizlik bizi ya rifahımızı, ətraf mühitimizi, ya da azadlığımızı güzəştə getməyə məcbur edəcək", deyə Mario Draqi qeyd edib.

Hesabatda bildirilir ki, Avropada sənaye ABŞ-dan 158% daha çox elektrik enerjisi ödəyir. Təbii qaz üzrə isə 345 faiz.

Poliqon.info

 


Etiket: Avropa Böhran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Ən çox oxunanalar