Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rayonlarımızda sel təhlükəsi hansı səviyyədədir? - Açıqlama

Rayonlar üzrə hansısa daşqın, sel və digər hallar müşahidə edilmir...

“Kəskin hava şəraiti ilə əlaqədar mayın 1-dən bəzi regionlarda müşahidə edilən sel və daşqınların davam etmə ehtimalı artıq yoxdur. Yalnız Ağdamda Qarqarçaya yağış suları dolub, sel gəlib”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sözçüsü Dilqəm Şərifov deyib.

O bildirib ki, Goranboy, Tərtər, Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Zaqatala, Ağdam, Lənkəran və digər bölgələrlə əlaqə saxlanılıb və mövcud vəziyyət öyrənilib:

“Sadalanan rayonlarda sel təhlükəsi yoxdur. Yalnız Ağdamda Qarqarçaya yağış suları daxil olduğu üçün texnikalarımız orada müvafiq tədbirlər görürlər. Əhaliyə və texnikaya ziyan dəyməyib. Qurumun yerli idarələri ərazidə qabaqlayıcı tədbirlər həyata keçirirlər. Yağış sularının gəlməsi ilə bağlı Ağdamda bütün subartezian quyuları söndürülüb. Bu da enerjiyə qənaət məqsədilə edilib. Həmin sular suvarma prosesinə yönəldilib. Ümumilikdə bütün rayonlar üzrə hansısa daşqın, sel və digər hallar müşahidə edilmir”.

Qeyd edək ki, mayın 1-dən Goranboy, Tərtər, Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Zaqatala, Ağdam, Lənkəranda dolu yağıb, sel gəlib. Hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələri sadalanan bölgələrdə yaşayış evlərinə, təsərrüfat sahələrinə ciddi ziyan vurub.

Poliqon.info


Etiket: rayonlar sel


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar