Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Əliyev: "Erməni lobbisi Azərbaycanda belə böyük tədbirlərin keçirilməsini qəbul edə bilmir" - Müsahibə

"Azərbaycan idman ölkəsidir, buna qədər nə qədər mötəbər yarışlara ev sahibliyi etmişik"

AFFA İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev Avropa Liqasının Bakıda yüksək səviyyədə təşkil olunacağını açıqlayıb. ONA-nın məlumatına görə, assosiasiyanın vitse-prezidenti "Arsenal"ın erməni əsilli futbolçusu Henrik Mxitaryana təhlükəsizlik təminatı verilməsinə baxmayaraq, Bakıya gəlməməsinə də münasibət bildirib.

- Avropa Liqasının final matçının Bakıya salınması üçün nələr edildi?

- Azərbaycan idman ölkəsidir, buna qədər nə qədər mötəbər yarışlara ev sahibliyi etmişik. I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Formula-1" və s kimi yarışları qeyd etmək olar. Ondan əvvəl də ölkəmizdə müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları təşkil olunub. Belə böyük tədbir üçün Azərbaycan tam hazırdır. Avropa Liqası finalının Bakıya salınması özü bir mərhələdir. Bura gələnlər görəcəklər ki, necə yüksək səviyyəli təşkilatçılıq olur.

- Böyük Britaniya mətbuatı bir neçə gündür həlledici matçın Azərbaycanda keçirilməsini qaralayacaq silsilə yazılar dərc edir. Buna münasibətiniz necədir?

- Finalda İngiltərənin iki təmsilçisi mübarizə aparacaq. Belə bir sual verim: niyə "Çelsi"nin səsi çıxmır? Amma "Arsenal"la bağlı çox şey yazırlar. Çünki "Arsenal"da Henrik Mxitaryan oynayır və bunu da erməni lobbisi edir. Onlar bu ölkədə belə böyük tədbirlərin keçirilməsini qəbul edə bilmirlər. Azərbaycan hökuməti və UEFA tərəfindən təhlükəsizliyə təminat da verilib, məktublar da göndərilib. Gəl oyna da. Bununla bağlı bir misal çəkim. Ölkəmizdə aerobika üzrə Avropa çempionatı keçirilir. İki erməni bacı-qardaş da burdadır. Bakıya gəliblər, şəhəri gəziblər. Dünən müsahibələrində də dedilər ki, bura tam təhlükəsiz yerdir. Gəlsəydi, Mxitaryana nə olacaqdı ki? Birincisi, klubun futbolçususan. İkincisi, məncə, "Arsenal" rəhbərliyi onun müqaviləsinə baxmalıdır. Onun imtinası düzgün addım deyil. Klubun qanunlarını pozub. Bu üzdən də klub bu məsələyə baxmalıdır. Təhlükəsizliklə bağlı heç bir problem yoxdur. UEFA prezidenti Aleksander Çeferin də çıxışında finalın Bakıya salınmasını dəstəkləyib və bildirib ki, UEFA infrastrukturu genişləndirir. Bütün bunlar erməni lobbisinin işləridir. Dünyada ən ali orqan Birləşmiş Millətlər Təşkilatıdır. BMT-nin 4 qətnaməsi var ki, ermənilər Dağlıq Qarabağdan çıxmalıdır. Üstündən 26 il vaxt keçib, çıxıblarmı? Bu, ikili standartdır. Buna görə də, İngiltərə mətbuatında yazılanların hamısı boş şeylərdir. Final yüksək səviyyədə təşkil olunacaq. Eyni zamanda, gələn il Avropa çempionatının 4 matçı ölkəmizdə oynanılacaq. Azərbaycan buna tam hazırdır, cənab prezident tərəfindən hər bir sərəncam verilib. Gözəl stadionumuz var, Təşkilat Komitəsi yaradılıb. Hesab edirəm ki, bu söz-söhbətlər mənasız şeylərdir.

- Finalda hansı komandaya azarkeşlik edəcəksiniz?

- Artıq "Çelsi"yə azarkeşlik edəcəyəm.

- Sırf Mxitaryana görə?

- Bəli.

- Düşünmürsünüz ki, Mxitaryan bu addımı Ermənistan hakimiyyətinin təzyiqi ilə atıb?

- Bu da ola bilər. Amma ölkənin fərqli, klubun isə fərqli qanunları var. Onların hakimiyyəti buna icazə verməsə də, əminəm ki, hüquqi tərəfdən bu məsələyə baxılacaq. Biri var ki, klub Mxitaryanın qalmasını qərara alsın, biri də var futbolçu imtina etsin. Hər cür şərait var və təhlükəsizlik təmin olunub. Belədə ona sual verilməlidir ki, niyə imtina edirsən? Onların hökumətinin nə düşündüyü bizi maraqlandırmır, biz ölkə olaraq yalnız irəli getməyə çalışırıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar