Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rasim Balayev: “Şəfiqə Məmmədovadan üzr istədim, barışmışıq”

Bir neçə gündür saytlarda xalq artisti Rasim Balayevin əfsanəvi aktrisa, Respublika Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova haqda verdiyi açıqlama müzakirə olunur

Rasim Balayev verdiyi açıqlamada Şəfiqə Məmmədovanı ağır formada təhqir etmiş, onun kinodan getdiyini bildirmişdi.

Lakin bu əsasla bir çox sənətlarlar xalq artisti Şəfiqə Məmmədovanı dəstəkləmiş, Rasim Balayevin səhv etdiyini bildirmişdi.

Rasim Balayevin verdiyi açıqlamaya isə qarşı tərəfdən reaksiya bildirilmədi.

Bu gün bizimyol.info Rasim Balayevlə əlaqə saxlayıb və ona "sizin verdiyiniz açıqlamaya baxmayaraq qarşı tərəfdən heç bir reaksiya verilmədi. Əvəzində bir çox sənətkarlar isə Şəfiqə Məmmədovanı dəstəklədi" deyə sual ünvanlayıb. Xalq artisti açıqlamasında Şəfiqə Məmmədovadan üzr istədiyini bildirib.

"Xahiş edirəm bu məsələyə son qoyun. Mənim dost qazanan vaxtımdır, düşmən qazanan yox. Mən səhvimi başa düşdüm. Səhv eləmişəm, zəng etdim Şəfiqə Məmmədovadan üzr istədim. Ondan məni bağışlamasını istədim. Biz barışmışıq, xahiş edirəm bununla bağlı daha saytlar mənə zəng etməsinlər. Biz uzun illər bir yerdə işləmişik. Əsəbi vaxtıma düşüb, pis danışmışam. İnsanıq, səhv olur, əsas odur səhvi başa düşəsən".

pia.az


Etiket: Rasim Balayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar