Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevlə Ziya Məmmədovun mükəmməl paslaşması – Elton Məmmədovun böyük sirri

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbər strukturunda baş verən gərginlik gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır.

"Akademik dirəniş”...

Ramiz Mehdiyevə qarşı "akademik dirəniş”in ictimai rəydə bu qədər maraqla izlənilməsi isə səbəbsiz deyil. İndi böyük əksəriyyət ictimai şüurda birmənalı olaraq mənfi qiymətləndirilən Ramiz Mehdiyev fiqurunun "şahmat taxtası” üzərindən nə zaman götürüləcəyini səbirsizliklə gözləyir.

İllərin usta siyasi kombinatoru olan Mehdiyev də əleyhinə formalaşmış qüvvələrin getdikcə gücləndiyinin fərqindədir. Proseslərə əvvəlki qədər müdaxilə imkanlarının və alətlərinin olmamasına rəğmən Mehdiyev də baş verənləri sakitcə izləmir, o, oyun içində öz oyununu qurmağa və bu dalğadan da necəsə salamat çıxmağa çalışır. Bəs, Mehdiyevin qurduğu oyun nədir?

Böyük hay-küydən sonra müəmmalı susqunluq

O, əleyhinə olan ictimai rəydən də, ölkə rəhbərliyi tərəfindən əvvəlki dəstəkdən də, prosesləri yönəltmək üçün vacib "rıçaq”lardan da mərhum olduğunu hər kəsdən yaxşı bilir. Başqa sözlə, indi Ramiz Mehdiyevin düşdüyü durumu Ramiz Mehdiyevdən gözəl bilən ikinci şəxs yoxdur. Odur ki, "boz kardinal” indi susmağa üstünlük verir. Halbuki AMEA-ya rəhbər təyin olunduğu ilk zamanlarda ard-arda bəyanatlar səsləndirir, bir növ təslim olmayacağını nümayiş etdirirdi. AMEA-nın rəsmi saytını az qala müxalifyönlü KİV şəklində işlədən Mehdiyev bu tribunanı öz səngərinə çevirmişdi. Həmin vaxt məqalələrinin əks-effekt verdiyini, ictimai rəydən gözlədiyinin əksinə olaraq dəstək əvəzinə, etiraz görən Mehdiyev özünüqoruma instinkti ilə davranaraq taktikanı dəyişdi...

Öz qınına çəkilib, əleyhinə formalaşmış prosesi idarə etmək cəhdləri

O, indi oyun qaydalarını dəyişib, səssiz oynayır. Daha doğrusu, başqalarının "səsi ilə oynayır”. Bəs kimdir, bu başqaları? Oyunun prinsip və qaydaları necədir?

Əvvəla, onu qeyd edək ki, Mehdiyev heç də çoxlarının düşündüyü qədər "ilk güllədən aşırılacaq” hədəf deyil. Mühüm dövlət postunu itirməsinə rəğmən o, yenə də ölkədəki güc sahiblərindən biridir. Uzun illər ərzində idarəetmənin bütün strukturlarında kök salmış "mehdiyevçilər” hələ də müqavimət güclərini qoruyub saxlayıblar. Lakin proses artıq dönməz xarakter aldığından Mehdiyev hər gün dünənə nisbətən həmin gücünü tədricən itirir. Odur ki, biz həmin gücün işə düşməsinə şahidlik etmədik. Başqa sözlə, Mehdiyev uduzacağını bildiyi savaşa girmək istəmədi. Əvəzində isə...

Əleyhinə olan etirazçıları özü formalaşdırmaq qərarına gəldi!

Bəli, Mehdiyev məhz bunu etdi. Sədaqətinə şübhə etmədiyi bir neçə fiqurunu "etirazçısı”na çevirərək özü kölgəyə çəkildi. Sual oluna bilər, məqsəd?
Məqsəd "idarəolunan müxalifət” yaratmaqla ictimai rəyə oynamaq, rəqiblərinin onsuz da səsləndirdiyi ittihamları öz adamlarının diliylə dövriyyəyə buraxmaq və bununla da meydanı "yad oyunçular”dan təmizləmək idi.



"Yad oyunçular” dur komandası veriləndə durmayacaqdı, Mehdiyevin öz etirazçıları isə AMEA-nın birinci kabinetindən gələn konspekt əsasında fəaliyyət göstərdiyindən onların "radikallığı” məqbul görüldü. Bəs, Mehdiyevin komanda üzvü olan əsas "etirazçısı” kim və ya kimlərdir?

Diqqət, Elton Məmmədova!

İndi Mehdiyevə əsas müxalif şəxs qismində çıxış edən Elton Məmmədov o şəxsdir ki, hər zaman məhz onun himayəsi altında olub. Bundan əlavə, Elton Məmmədov heç bir qərarını müstəqil verə bilməyən adamdır. Mühüm qərarları onun yerinə həmişə qardaşı, keçmiş nəqliyyat naziri Ziya Məmmədov verib. Sizcə, Ziya Məmmədov qardaşına "Ramiz Mehdiyevə qarşı çıx” komandası verərdimi, yaxud verə bilərdimi? Əsla!



Ramiz Mehdiyevin həm Ziya Məmmədov, həm də Elton Məmmədovla yaxşı münasibəti olub. Hətta Ziya Məmmədov Göyçay rayonunun Hüngütlü kəndində Ramiz Mehdiyevə villa bağışlayıb. Təkcə bir faktı qeyd edək ki, Ziya Məmmədov Ramiz Mehdiyevə Badamdarda, Novxanıda, Şüvəlanda, Qubada, Göygöldə, Göyçayda dəbdəbəli villalar tikdirən adamdır.

Ölkədə sərt karantin rejimi tətbiq olunarkən isə Mehdiyevin bir müddət Hüngütlüdə Ziya Məmmədovun bağışladığı villada dincəldiyi bildirilir. O, 82 yaşını da Göyçayda məhz Ziya və Elton Məmmədovlarla birgə qeyd edib. Elton Məmmədovun AMEA İşlər idarəsinin müdiri vəzifəsinə təyinat alması da məhz bu dostluq münasibətləri sayəsində baş tutmuşdu. Növbəti yarımbaşlıq və sual:

Elton Məmmədov niyə "asi oldu”?

Yuxarıda da qeyd etdiyimiz kimi, bu, Ramiz Mehdiyevin öz planıdır. Necə deyərlər, hər şey plan üzrə gedir. AMEA rəhbəri artıq Elton Məmmədov və digərlərinin "etirazçılığı” sayəsində özünə qarşı formalaşdırılan cəbhəni idarə edə biləcəyini proqnozlaşdırır. Elton Məmmədovun etirazlarında səmimi olduğu görüntüsünü yaratmaq üçünsə bunların hamısı olmalıydı – Elton Məmmədov AMEA-dakı işindən uzaqlaşdırılmalı, sonra buna görə Ramiz Mehdiyevi məhkəməyə verməli, bəyanatların ən sərtini səsləndirməli idi və s...

"Mehdiyevçilər” ordusunun daha bir sərkərdəsi – Əli Həsənov

Şərti olaraq "Mehdiyevçilər” adlandırdığımız ordunun daha bir ünlü siması isə prezidentin sabiq köməkçisi Əli Həsənovdur. İlk baxışdan görünən odur ki, "vurulmuş” və tənha Əli Həsənov indi komasına çəkilərək baş verənləri izləməklə kifayətlənir. Əslində isə revanş hissi ilə alışıb-yanan Əli Həsənov "Ramiz Mehdiyev olayı”na daha bir fürsət kimi baxırdı və baxmaqda davam edir.



Beləliklə, Mehdiyevin ustalıqla formalaşdırdığı komandanın təxmini konturları bəllidir, elə məqsədləri də. Minimum məqsəd "ağsaqqal”ı indiki təhlükəli perioddan sağ-salamat çıxarmaqdır. Maksimum məqsəd haqda isə konkret nəsə iddia etmək asan deyil. Bunun üçün ən azından Ziya Məmmədov və Əli Həsənovun bağ evində Ramiz Mehdiyevlə hansı planları cızdığından xəbərdar olmaq lazım idi. Təəssüf ki, xəbərdar deyilik...(sfera)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ən çox oxunanalar