Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevin kitabı təqdim olundu - Fotolar


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabının təqdimatı olub


Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə tariximizin ilkin mənbədən öyrənilməsi baxımından kitabın əhəmiyyətindən danışıb, əsəri tarixinin təəssübünü çəkən, millətini sevən müəllifin yaratdığı mükəmməl sənət abidəsi kimi dəyərləndirib:

“Akademik Ramiz Mehdiyevin "Nadir şah Əfşar: diplomatik yazışmalar" kitabı türk mənşəli hökmdarın öyrənilməsi baxımından mühüm mənbədir. Bu kitabda Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi faktı qeyd olunub və məhz bu hadisədən sonra Azərbaycan torpaqlarının parçalanması sürətlənib".

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, Nadir şah Əfşarla bağlı bu günə qədər müxtəlif fikirlər mövcud olub:

"Xüsusən də erməni müəlliflərin saxtalaşdırmağa çalışdığı, şəxsiyyətinə kölgə salmaq istədikləri bu müəllifin yenidən öyrənilməsi əhəmiyyətli addımdır. Bu kitab əks fikirlərə sənədlər əsasında cavab verən obyektiv bir əsərdir. "Hökmdarın portreti" əsərində olduği kimi Ramiz müəllim bu kitabda da Nadir şahın əsaslandırılmış portetini yarada bilib və ilk dəfə olaraq onun rəsmi tərcümeyi halı öz əksini tapıb.

Nadir şahın mənşəyi ilə də bağlı müxtəlif fikirlər olub onun türk olduğu açıq etiraf olunmayıb. Ramiz müəllim isə bu kitabda ilk dəfə sənədlər əsasında Əfşarların türk olduğunu sübut edib ki, bu da tarixçilər üçün töfhədir". 

Tədbir iştirakçılarına akademik Ramiz Mehdiyevin təşəkkürünü çatdıran Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov kitabın əhəmiyyətindən danışıb. O, qeyd edib ki, nəşrdə Nadir şahın yazışmalarının Azərbaycan dilinə tərcümə olunması xüsusi əhəmiyyət kəsb edir.

Müstəqillik əldə etikdən sonra bir çox tarixi şəxslər haqqında olan stereotipləri dağıtmaq üçün bizim əlimizdə fürsət olub. Məlum olub ki, həmin şəxsiyyətlər öz xalqı üçün yadlaşdırılıb və onlar Azərbaycan yox, İran dövlətçiliyinə xidmət etmiş şəxslər kimi təqdim olunub". 

Tarixçi alim Yaqub Mahmudov da kitabın Azərbaycan tarixi sahəsindəki araşdırmalar sırasında mühüm yer tutduğunu qeyd edib və tarixi şəxsiyyətlərə belə layiqli münasibətin göstərilməsinin vacibliyini vurğulayıb: "Bizim dövlətçilik mədəniyyətimiz var və zəhmət çəkib buna sahib çıxmalıyıq. Biz imperiya yaratmış xalqıq və dövlətçilik ənənəmiz var. Biz heç kimdən vaxtilə yaratdığımız imperiyaya daxil olan torpaqları istəmirik, sadəcə bilinməlidir ki, bizim dövlətçilik ənənəmiz var. Nadir şah öz hakimiyyəti dövründə həm şiəliyi, həm də sünniliyi müdafiə edən mollaları cəzalandırıb ölkədə vahid dini sistem yaradıb".

Digər çıxış edənlər də tariximizin qaranlıq səhifələrinə işıq salan kitabın böyük əhəmiyyətini diqqətə çatdırıblar. Qeyd olunub ki, müəllif Nadir şah Əfşarı XVIII əsrin ən qüdrətli hökmdarlarından biri, görkəmli dövlət xadimi və mahir sərkərdə kimi səciyyələndirir, fikrini çoxsaylı mənbələrə istinad etməklə əsaslandırır.(azvision.az)






pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar