Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevin həyat yoldaşı da subsidya alıb - Foto

Aqrar Kredit və İnkişaf Agentliyinin rəsmi saytında Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda AMEA-nın prezidenti olan Ramiz Mehdiyevin ailə üzvlərinin də adı var...

Subsidiya alan fermerlərin siyahısında Ramiz Mehdiyevin həyat yoldaşı - Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsinin Hesablama riyaziyyatı kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qalina Mehdiyevanın, həmçinin Ramiz Mehdiyevin qızı - Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevanın və Ramiz Mehdiyevin oğlu Fövqəladə Hallar Nazirinin müavini, general-mayor Teymur Mehdiyevin adları da yer alıb.

“Yeni Avaz”ın araşdırmasına görə, Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı məlumatlarda göstərilir ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevna, digəri isə Mehdiyev Teymur Ramiz oğluna məxsus olub.

Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Teymur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar. Rəsmi məlumatlarda göstərilir ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.

“Google Earth” proqramından baxdığımız zaman Novxanı kəndi ərazisində 155 hektarlıq böyük bir torpaq sahəsini əhatə edən yeganə ərazinin “Duzlu göl” adlanan gölün yaxınlığında yerləşdiyi görülür.

pia.az


Etiket: Ramiz Mehdiyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar