Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rabitəbank” ətrafında “cashback” söz-söhbəti - Bank müştərilərini aldadır?..

Son vaxtlar ölkənin bank sektorundan müxtəlif səpkili şikayətlər sürətlə artır...

Təəssüf hissi ilə qeyd edək ki, peşəkarlığı və şaffaf fəaliyyəti ilə Azərbaycan bankları arasında seçilən “Rabitəbank” da həmin “qara siyahı”ya düşüb. Sosial şəbəkələrdə şikayət edilən banklar arasında bu bankın da adı çəkilməyə başlayıb. Belə ki, facebook sosial şəbəkəsində 45 mindən artıq üzvü olan “Müştəriyəm şikayətim var” səhifəsində Anar Binnətov adlı istifadəçi “Rabitəbank”ı dolayısı ilə müştəriləri aldatmaqda ittiham edir. Bundan əlavə, yaranmış problemlə bağlı ünvanlanan müraciətin də bank tərəfindən konkret cavablandırılmadığı da iddi edilir.

İstifadəçinin paylaşmasını olduğu kimi diqqətə çatdırırıq:

“Şikayətim “Rabitəbank”ın “tərifli" “Kartmane”sindəndir!

Aylıq dövriyyə 1000 AZN-i keçdiyi halda “cashback” verilmir!

Səbəbini soruşanda konkret cavab vermirlər. Bu ay da dövriyyə 800 olub amma hələ dəqiq məlumat vermirlər ki, işimizi bilək!

İmtinamı edək sizdən?! Qeyd edim ki, Kartmanedə “Marketlər&Restoranlar” seçmişəm. Aylıq dövriyyəni artıqlaması ilə keçmişəm!

Mənə cavab olaraq standart bu mesajı göndərirlər:

- Siz fevral ayı üçün dövriyyə tələblərini yerinə yetirmədiyiniz üçün cash back bonusları hesablanmamışdır.

Cash Back 3 MARKET / CAFE-RESTORAN :

Market 2% - Aylıq min 300 AZN dövriyyə edildiyi halda Marketlərdə xərclənən məbləğlərə şamil edilən cash back. 300 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 50 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır. Premium kartlarda minimum 100 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır.

Market 5% - Aylıq min 600 AZN dövriyyə edildiyi halda Marketlərdə xərclənən məbləğlərə şamil edilən cash back. 600 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 100 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır. Premium kartlarda minimum 150 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır.

Market 5% və Restoranlar 5 % - Aylıq min 800 AZN dövriyyə edildiyi halda, Marketlərdə qazanılan 5% cash back məbləği ilə eyni zamanda, restoranlarda xərclənən məbləğlərə şamil edilən cashback.

800 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market və Restoran şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 150 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, Restoran, YDM və Market başqa yerlərdə olmalıdır. Premium kartlarda minimum 200 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, Restoran, YDM və Market başqa yerlərdə olmalıdır.

Dövriyyə üzrə istisnalar : ATM cash, Pos Cash və Card to Card ,kredit ödənişləri, nəqliyyat (hava nəqqliyyatı istisna), dövlət, rabitə və kommunal(mobil operatorlar daxil) , Quasi Cash ödənişlər, Rabitə Mobile və gpp.az (APUS) edilən siğorta ödənişlər . Digər ödənişlər üzrə dövriyyə nəzərə alınır.

Dövriyyə üzrə istisnaların MCC kodları (Merchant Category Code – ticarət nöqtəsinin növünü göstərən kodudur. Dörd rəqəmli nömrə şəklində yazılır və xidmət müəssisələrini fəaliyyət növlərinə görə təsnif etmək üçün bank kartları sənayesində istifadə olunur) :

Kartdan karta MCC: 4829, 6536, 6537, 6538, 6532

Dövlət ödənişləri MCC: 9211, 9222, 9223, 9311, 9399, 9402, 9405

Nəqliyyat (hava nəqqliyyatı istisna) MCC: 4011, 4111, 4112, 4119, 4121, 4131, 4214, 4215, 4225, 4411, 4457, 4468, 4784, 4789

Kommunal ödənişlər MCC: 4900

Rabitə (mobil operatorlar daxil) - MCC: 4899, 4814, 4816

Maliyyə Təşkilatları / Ticarət və Xidmətlər (Pul kisələri)- MCC 6540, 6012, 6050, 6051

Mərc oyunlarına pul qoyuluşu, lotereya biletləri, kazino, Off-Track totalizatorlar və yarış totalizatorlar / İnternet mərc oyunları MMC: 7995,7801

ATM/POS Cash – MCC: 6010, 6011

ASAN MCC: 1100

Səbəbi ətraflı izah etməyə ərinir əməkdaşlar və ya sərf etmir!”.

Qeyd edək ki, həmin postun şərh hissəsində də istifadəçilərin “Rabitəbank”dan müxtəlif şikayətləri əks olunub. Hətta şikayətçi müştəriyə başqa banklara müştəri olmaq təklif edilib.

Bank isə komment yerinə belə bir cavab yazmaqla kifayətlənib:

“Salam Hörmətli Müştəri.

Sizə göndərilən məlumata əsasən bildirmək istəyirik ki seçdiyiniz Cashback növünün şərtlərinə əsasən sırf Market deyil, əlavə dövriyyə edilməlidir. Siz sırf Market üzrə dövriyyə etdiyinizə görə, cashback hesablanmayıb.

Marketlərdən 5% əldə etmək üçün YDM və Market xaric alış-veriş dövriyyəsi 100 AZN yuxarı olmalıdır (Aptek, mağazalar, kafe/restoran və s.). Maksimum 50 bonus qazanmaq mümkündür.

Əlavə olaraq qeyd edilən məlumatlar ətraflı şəkildə RabitaMobile proqramında əks edilib. Hər bir müştəri proqrama daxil olub CARI BONUSLAR hissədə ortada olan yumuru işarənin içində izləyə bilərsiz. Dövriyyə tələblərinə uyğun olduğu halda qaytarılan bonuslar əks edilir. Əlavə olaraq SON ƏMƏLİYYATLAR bölümündə cashback qaytarılan əməliyyatlar qeyd edilir.

Buyurun əlavə sualınız olduğu halda şəxsi mesajlar bölümünə müraciət edə bilərsiz.

Hörmətlə, Rabitəbank”.

Bank bu şərhi yazar-yazmaz, yenidən müştərilər həmin şərhin altından şikayətlər yazmağa başlayıblar...

Qeyd edək ki, yaşanan problemə aydınlıq gətirmələri üçün “Rabitəbank”a sorğu yollasaq da, bank sorğumuza cavab vermədi. Bütün hallarda şikayətlərlə bağlı bankın rəsmi mövqeyini dərc etməyə hazırıq.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ən çox oxunanalar