Bazar ertəsi, 04 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

“Futbolçularımı təbrik edirəm. Bizim üçün vacib matç idi. Bir neçə futbolçumuzda şübhəli əzələ zədəsi oldu. Bəzi futbolçular yoruldu, bəlkə zədəlilər də olacaq. Bir neçə oyunçuda əzələ ağrıları var. Yaxşı çıxışla 3 xal əldə etdik. Azarkeşlərə təşəkkür edirəm, rəqibə uğurlar arzulayıram”...

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis əvvəlki turda “Zirə”nin daha yaxşı müdafiə olunduğunu xatırladıb: “Komandamız uzun müddət birlikdə deyildi. Təcrübəli futbolçular belə vacib görüşdə özlərini ələ almalı idilər. Yorğunluq beyinə də təsir edir. Bu, hələlik məni narahat edir. Əvvəlki qarşılaşmalardan nəticə çıxarmışdıq. Futbolçularımı tanıyıram və hər şeyi başa düşürəm”.

Qurbanov “köhlən atlar”ın bu gün rəqibdən daha yaxşı çıxış etdiyini sözlərinə əlavə edib: “Əvvəlki matçlarda istifafə olunmayan qol şanslarından yararlandıq. “Neftçi” həmişə “Neftçi”dir. Bu gün bizim oyunumuz daha yaxşı alındı”.

Təcrübəli baş məşqçi kapitan Maksim Medvedevin müdafiənin sağında çıxış etməsinə münasibət bildirib: “O, daha çox təcrübəsinin hesabına oynadı. Maksim üçün birdən-birə orada çıxış etmək asan deyil. Həm də uzun müddət zədəli idi və oyun təcrübəsi az idi. Daha yaxşı Maksim görmək istəyirik”.

pia.az


Etiket: Neftçi Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polislərə müqavimət göstərərək daşla xəsarət yetirməyə cəhd edənlər həbs edilib

DİN-dən Qəbələdəki görüntülərlə bağlı açıqlama

Güclü qar Moskvanı iflic edib – Təyyarə reysləri təxirə salınıb

Şəhriyar qəsəbəsinin iki min nəfərin yaşadığı bir hissəsi susuz qalıb - Video

Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Qəzzada münaqişə başlayandan bəri ölənlərin sayı açıqlandı

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 800 tunelini aşkar edib

Hindistanın hakim partiyası seçkilərdə dörd əsas ştatdan üçündə qalib gəlib

Ən çox oxunanalar