Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: "Komandada yorğunluq var idi"

"Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Komandada yorğunluq var idi"...

Qurban Qurbanov: Komandada yorğunluq var idi

"Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Komandada yorğunluq var idi".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şamaxıda eyniadlı komandaya 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis süni örtüyə görə topla rahat davrana bilmədiklərini söyləyib: "İkinci hissədə daha sərbəst oynadıq. Çox vacib qələbə qazandıq. “Şamaxı”ya uğurlar arzu edirəm”.

O bildirib ki, Kevin Medinanı son 15 dəqiqədə meydana buraxmaq əvvəldən planında olub: "Hətta onu meydanda daha çox görmək istəyirdim. Lakin Filip Ozobiçin meydandan tez çıxması müəyyən qədər planlarımızı pozdu".

Baş məşqçi matçın sonlarına yaxın 4 hücumçu ilə oynamalarının səbəbini də açıqlayıb: "Bəzi oyunçuların 20-25 dəqiqə meydanda olmasını istəyirdik. Bunu həm məşq xarakterli etdik, həm də onların yerdəyişmələri hiss etmələri üçün. Sabah nə olacağlnı bilmirik. Ona görə də bəzi rotasiyalara əl atdıq".

Qurbanov oyun ərzində müəyyən çətinliklər yaşadıqlarını etiraf edib: "Qazon süni idi, top yerdən çox qalxırdı. Komandada yorğunluq da var. Ardıcıl oyunlar təsirini göstərir. Hava da sanki həddindən artıq təmiz idi. Ola bilər ki, bu da futbolçulara təsir etsin. “Şamaxı”nın oyunlarına baxmışam. Əksər oyunlarda komanda uduzmalı deyildi. Burada bütün rəqiblər çətinliklə üzləşirlər".

Təcrübəli mütəxəssis deyib ki, erkən çempionluq çox yaxşı olardı: "Amma mövsümün heç yarısını oynamamışıq. Qarşıda hələ çox matçlar olacaq. Çempionluğun taleyini tez həll etməyi düşünsək, bu, komandaya mənfi təsir göstərər".

O, gənc furbolçu Nəriman Axundzadənin debütünü də şərh edib: "Çıxışından razı qaldım. İlk hissədə oyuna tam qoşula bilməsə də, ikinci yarıda meydanda daha rahat hərəkət edirdi".

pia.az


Etiket: Qurban Qurbanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar