Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Məmmədov İstanbula niyə gəlib?

Xaricdən Azərbaycan hakimiyyətinin sərt tənqid edən Qurban Məmmədov Türkiyənin İstanbul şəhərinə gəlib.

Qurban Məmmədov bununla bağlı paylaşım edib. Onun Azərbaycan hakimiyyəti üçün əl çatan olan Türkiyəyə gəlişi müxtəlif mülahizələrə səbəb olub. Məsələ burasındadır ki, Qurban Məmmədovun Prezidentin keçmiş köməkçisi Əli Həsənovla əlaqələrinin olması barədə iddialar var. Prezidentin keçmiş köməkçisi isə bir müddət əvvəl Türkiyəyə gedib. Əli Həsənov bu gedişini səhhətindəki problemlərlə əlaqələndirib. O, bununla bağlı açıqlama yayaraq müalicə olunduğunu 10-15 günə Azərbaycana qayıdacağını bəyan edib.

Lakin bu səfərin müalicə məqsədilə edilmədiyini düşünənlər də var. Prezidentin keçmiş köməkçisi vəzifəsindən çıxarılandan sonra hakimiyyətə yaxın media qurumlarında onunla barəsində tənqidi materialların tirajlanması, daha sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsində KİVDF ilə bağlı başlanmış cinayət işinin istintaqına cəlb edilməsi barədə məlumatların yayılması illərlə ölkənin ictimai-siyasi seqmentini kurasiya edən bu şəxsin həbsinə hazırlıq getdiyi barədə ehtimallara səbəb olub.

Əli Həsənov Türkiyəyə getdikdən sonra onun Qurban Məmmədovla əlaqələrinin olması barədə xəbərlər yayılmağa başlayıb. İstər Prezidentin keçmiş köməkçisi, istərsə də, Qurban Məmmədovun özü bu məlumatları təkzib etsə də, adıçəkilən şəxslərin işbirliyində olması barədə məlumatlar səngimir.

Qurban Məmmədovun İstanbulda olması bu baxımdan maraqla qarşılanıb və səfərin Əli Həsənovla görüş məqsədilə edildiyi barədə mülahizələrə səbəb olub. Bu arada qeyd edək ki, Əli Həsənovun Qurban Məmmədov və hökuməti sərt formada tənqid edən, iqtidarın “söyüş müxalifəti” adlandırıdığı qurpun üzvləri ilə bir neçə dəfə Türkiyədə görüşdüyü barədə də məlumatlar yayılmışdı.(yenisabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Ən çox oxunanalar