Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban ətinin əvəzinə ehtiyacı olan şəxsə pul vermək olar? - Açıqlama

İslam təqviminə əsasən, qarşıdan Qurban bayramı gəlir və üç gün qeyd edilir. Yəni bu üç gün - 28, 29 və 30 iyun tarixləri ərzində insanlar öz qurbanlarını gün çıxandan gün batana qədər kəsə və paylaya bilərlər.

Bəzən insanlar qurbanlıq üçün ayırdıqları pulu kiməsə yardım məqsədi ilə verib bunun da qurban sayıldığını hesab edir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsininin sədr müavini Fuad Nurullayev bildirib ki, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək doğru deyil.

O qeyd edib ki, şəriətdə buna icazə yoxdur. "Gərək qurbanlıq heyvan mütləq kəsilsin və əti bölünsün. Qurban ətinin əvəzinə pul və ya ərzaq alıb vermək olmaz. Niyə belədir? Çünki elə ailələr var ki, ət almaq imkanı azdır və onlar nəzərə alınmalıdır. Qurban əti birinci növbədə həmin ailələrə verilməlidir. Əgər pul şəklində verilsə, insanlar bu pulu başqa işlərə xərcləyə bilər. Ona görə də dinimiz deyir ki, qurban mütləq kəsilib paylanılmalıdır", - deyə o qeyd edib.

F.Nurullayev vurğulayıb ki, qurbanı kəsən ailə onun hamısın özünə götürə bilməz. "Qurban kəsmək məcburi deyil, müstəhəbdir. Yəni imkanı olan ailə başçısı qurbanı kəsməlidir. Həcc ziyasətində olanlar üçün qurban kəsmək vacibdir, ancaq Həccdə olmayanlar üçün vacib olmasa da təkid olunur, yəni savab bir işdir, dinimiz tələb edir ki, imkanın varsa qurban kəs. İmkanı olan ailə başçısı qurban kəsməli və onun yalnız üçdə birini öz ailəsinə sərf edə bilər. Qurban mütləq üç hissəyə bölünməlidir, onun iki hissəsi mütləq imkansız ailələrə paylanmalıdır. Misal üçün qurbanlıq ət 15 kiloqramdırsa onun 10 kilosunu mütləq paylamalıdır. Qurbanlığı bölən zaman bir hala da fikir vermək lazımdır. Misal üçün qurbanlıq ətin yumşaq yerin özünə götürüb, sümüklü yerlərini paylamaz olmaz. Qurbanlığın bütün hissələri və bütün əzaları üç hissəyə bölünməlidir", - deyə o əlavə edib.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Xarkov vilayətində Rusiyanın hücumu səngiyib, onlar yeni taktikadan istifadə edirlər...

Bakıda Fəvvarələr meydanında ofisiantlar bıçaqlanıb

Ən çox oxunanalar