Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qüdsi Osmanova cinayət işi açılıb? – Açıqlama

Son günlər Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov haqqında bəzi informasiyalar tirajlanır. İddialara görə Ukrayna prokurorluğu azərbaycanlı səfirə qarşı cinayət işi açıb. Səbəb kimi Qüdsi Osmanovun qanunsuz olaraq Krıma səfər etdiyi göstərilir.

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla həyatı boyu heç vaxt Krımda olmadığını bildirib:

“Heç vaxt Krımda olmamışam. Söhbət Rusiya prezidenti Vladimir Putinlə birgə çəkilən şəkillərdən gedirsə, deyə bilərəm ki, o şəkil bir il bundan öncə Soçidə çəkilib. Bir şeyi anlamıram. Əgər Krıma qanunsuz səfər etmişəmsə, niyə mənə qarşı cinayət işi açılmalıdır?! Belə olan halda adım arzuolunmaz şəxslər siyahısına salına bilər”.

Qüdsi Osmanov gerçək olmayan informasiyaların yayılmasının ona qarşı növbəti kampaniya olduğunu qeyd edib: “Bu cür tirajlanan dezinformasiyalar mənə və dövlətimə qarşı çirkin kampaniyalardır. Moldovada yaşayan ermənilərlə bəzi qüvvələrin müştərək “işidir”. Bizi ruhdan salmağa çalışırlar. Məni məyus edən fakt odur ki, bu cür çirkin kampaniyada bir qrup azərbaycanlıdan istifadə olunur. Həmin azərbaycanlıların kimliyi bəllidir və ailələrinə görə adlarını açıqlamırıq. Hesab edirəm ki, belə satqın insanlar həmişə olub. Biz isə qarşımıza qoyulan tapşırıqlarla məşğuluq. Bir diplomat kimi bu cür qarayaxma kampaniyasının Ukrayna Azərbaycan qardaşlığına, ikitərəfli əlaqələrə, strateji münasibətlərə xələl gətirməyə hesablandığını istisna etmirəm. Bütün bunlara baxmayaraq biz diplomatiyamızı davam etdirir və öz yolumuzla gedirik”.

Azərbaycanlı səfir Azərbaycan jurnalistikasının məsələyə ədalətli yanaşdığını da vurğulayıb:

Azərbaycan jurnalistləri məsələyə dünən də, bu gün də ədalətli formada reaksiya verib. Bu o Azərbaycan jurnalistikasıdır ki, 44 günlük Vətən mühabəsində erməni mediasına, erməni propoqandasına qarşı vuruşub. Bu onu göstərir ki, Azərbaycan jurnalistikası zəfər sahibi olan prezidentimizin getdiyi yolu davam etdirirlər. Eyni zamanda, yaxın gələcəkdə dövlətimizin satqın və yaramaz jurnalistlərlə bağlı da ölçü götürəcəyinə şübhə etmirəm. Çünki media sahəsində anarxiyanın mövcudluğu xalqımızn maraqlarının inkişafına qarşı çıxmaqdır. Ümumilikdə isə, satqın və yaramaz jurnalistlər Azərbaycan jurnalistikasının adına xələl gətirə bilməz”.(Modern.az)

pia.az 


Etiket: Qüdsi Osmanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Ən çox oxunanalar