Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada olimpiya idman növləri üzrə “İdman festivalı 2023”ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Qubada keçirilən olimpiya idman növləri üzrə “İdman festivalı 2023”ün açılış mərasimi olub...

“Report”un Şimal bürosunun məlumatına görə, beş gün davam edəcək tədbirin açılış mərasiminə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdir müavini Nicat Həsənov və Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova qatılıblar.

Yarışa 23 idman növü üzrə 13-15 yaşlı 168 idmançı, həmçinin 18 məşqçi qatılıb. Festivalda Türkiyə və Keniyadan gələn idmançılar da iştirak edirlər.

İlk olaraq çıxış edən Səidə Abasova Azərbaycanda idmanın kütləviliyinin təmin olunması üçün məqsədyönlü və kompleks xarakterli tədbirlərin həyata keçirildiyini deyib:

“Ölkəmizdə olimpiya hərəkatı uğurla və sürətlə inkişaf etdirilir. Sayca ikinci olan, Qubada isə ilk dəfə keçirilən idman festivalı ayrı-ayrı növlərin təbliği, uşaq və yeniyetmələrdə idmana maraq oyatmaq, onların asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir. İdmançılarımız artıq xarici ölkələrdə bizi müzəffər xalq kimi təmsil edirlər. Gənclərmizin vətənpərvər, sağlam ruhda böyümələri, idmanla məşğul olmaları bizim üçün çox önəmlidir”.
Nicat Həsənov da idmançıların daim dövlətin qayğısını hiss etdiklərini diqqətə çatdırıb:

“Ölkə rəhbərliyinin idmanın inkişafına göstərdiyi diqqət və qayğını idmançılar hər zaman hiss edirlər. Bu qayğı idman sahəsində çalışanlar üçün yaradılan şəraitdən, ölkəmizdə keçirilən irimiqyaslı yarışlardan, idmançılarımızın beynəlxalq arenalarda təmsil olunmalarından və bir çox amillərdən hiss olunur. İdmanın kütləviliyinin təmin edilməsi, idmançıların peşəkarlıq səviyyələrinin artırılması üçün Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir”.

Ardından idmançılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub. Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi görüşlər keçirilib. Eyni zamanda Qubaya ekskursiya təşkil olunub. Bu gün və noyabrın 19-da idmançılar şəhərin mərkəzində, Nizami parkında quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcəklər. Bəzi idman növlərində isə çıxışlara izləyicilər də qatılacaqlar.

Qeyd edək ki, ilk festival 2022-ci ildə Şəkidə keçirilib. Orada 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi iştirak edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Ən çox oxunanalar