Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu Cavanşir Feyziyevlə bağlı Baş Prokurorluğa müraciət etdi

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu deputat Cavanşir Feyziyevlə bağlı Baş Prokurorluğa müraciət edib.

PİA.az-ın xəbərinə görə, bu barədə Q.İbadoğlu özü məlumat yayıb.

Londonun Westminster Magistrates Məhkəməsinin qərarı ilə azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarında olan 15,3 milyon funt sterlinq vəsaitin 5,6 (13 milyon AZN) milyon funt-sterlinqini çirkli pul hesab edilərək müsadirə ediləndən sonra  yazdıqlarına görə təhqirə məruz qalan jurnalistlər həmrəylik nümayiş etdirərək, Cavanşir Feyziyyevə daha ağır təhqirlə cavab verirlər.

Xatırladım ki, məhkəmə qərarı xəbəri yayılandan dərhal sonra  Cavanşir Feyziyev Milli Şuranın sədri Cəmil Həsənlini və məni ağır ifadələrlər təhqir etmiş və bizə böhtan atmışdır. Mən, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri olaraq  hüquqi dövlət quruculuğundan çıxış edərək, Cavanşır feyziyevin əməlinin AR CM-nin 147 (Böhtan), 148 (Təhqir) maddələri ilə cinayət məsuliyyəti yaratdığını nəzərə alaraq  hüquqi qiymət vermək üçün Baş Prokurorluğa, siyasi qiymət vermək üçün isə Milli Məclisin İntizam Komissiyasına rəsmi müraciət göndərmişəm, cavab gözləyirəm”, deyə Q.İbadoğlu qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar