Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qriboyedovu da belə öldürmüşdülər, ssenari eynidir 

Həmid Herisçi yazır...

PİA.az Həmid Herisçinin yeni yazısını təqdim edir.

Bəhanə eynidir, çox köhnədir.

Dəsti-xətt də.

O vaxt da baiskar, guya fəirlikdə gizlənən qadınmış.

1829-ci ildə Tehrandakı Rusiya səfirliyinə hücum, səfir Qriboyedovun qətli, missiyanın dağıldılmağının səbəbi, ssenarisi, təəccüblənməyin, indiki məlum hücumla, təxminən, eynidir.

Ünvan və zaman fərqi var arada bir azacıq, vəssəlam.

Ssenari, bütün digər şahmat gedişləri, hücumun sxemi hətta...bəli, qətiyyətlə təsdiqləyirəm, eynidir.

Mənbələr yazır: “Yerli feodal Allahyar xan Qacarın hərəmindən qaçmış iki erməni qadını Rusiya səfirliyinə sığınmışdılar guya. Dedi-qodular əvvəlcə Tehran bazarında səsləndi. Sonra məscidlərdən. Sonra dərvişlərin körüklədiyi qara kütlə cumdu Rusiya səfirliyinə. Qriboyedov qətlə yetirildi, səfirlik binası yanaraq bir ovuc külə çevrildi”.

İndi bu eyni ssenarini Azərbaycana qarşı sərgilədilər. Bəhanə, bəli, yenə də 200 il əvvəlkidir. Guya bir qadın gedib gizlənib Azərbaycan səfirliyində. Ərindən qaçıb guya və digər sarsaqlamalar.

İran mətbuatına diqqət edin: Tehranın Cinayət İşləri İdarəsinin prokuroru vəzifəsini icra edən hakim Məhəmməd Şəhriyari: "İlkin istintaqda təqsirləndirilən şəxs iddia edib ki, bu ilin Fərvərdin ayında (2022-ci ilin mart-arprel ayları) həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb. O, səfirliyə qarşı öz motivasiyasını belə izah edib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə dəfələrlə müraciət etsə də, heç bir cavab almayıb və arvadının səfirlikdə olduğunu düşünüb. Şübhəli şəxs səfirlə görüşməyə cəhd göstərdiyini deyib, o güman edib ki, səfir Tehranda olsa da, onunla görüşmək istəmir.

Sonda həmin şəxs deyib: "Bu səhər əvvəldən hazırladığım "Kalaşnikov" avtomatı ilə səfirliyə getməyə qərar verdim".

Mövzunun nəbzini əla tutmuşam, deyəsən.

Əsl zamanda səyahətə bənzəyir bu.

Elmdə buna “Xronoanomaliya” da deyirlər.

İndiki icraçılar da, sanki, o uzaq 1829-cu ildən bu günə transfer ediliblər?

Yox.

Bu paralellər, heç, çox ciddidir.

Yaxşı, kim atıb bu qara əlcəyi bizə qarşı?

Hə... bu haqda sonra danışarıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar