Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorbaçovdan Putinə qədər yeni Rusiya…

Putin Atatürk, ya da Çörçil kimi davransaydı bəlkə də Rusiyanı və rusları faciədən xilas edə bilərdi...

Azər QARAMANLI
“Poliqon” İnformasiya Agentliyinin baş redaktoru

Dünən axşam saatlarında Sov.İKP-nin sonuncu Baş katibi və SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov öldü. Hələ hakimiyyətdə olduğu dönəmlərdə onun haqqında birmənalı fikir formalaşmamışdı və çoxları onu ABŞ-ın agenti hesab edirdilər. Buna hələ də əmin olanlar var…

Yeltsinlə ağır mübarizə nəticəsində Reyqanın “şər imperiyası” adlandırdığı SSRİ-nin ləğvini yaşayan Mixail Qorbaçova nə Yeltsin, nə də Putin “agent” damğası vurmasalar da, bu “damğa” hakimiyyətə gəldiyi ilk ildən onun üzərində olub və yəqin ki, gələcəkdə də Qorbaçov bu tarixi “damğadan” xilas ola bilməyəcək. Amma məsələ heç də Qorbaçovun “agent” olmasında deyil. Çünki rəhbəri olsa belə, bir insanın SSRİ boyda nəhəng bir imperiyanı dağıtması gülünç görünür. Hər halda Qorbaçov adlanan bir şəxs bir ucu Berlinə, digər ucu isə Alyaskaya dayanan SSRİ boyda nəhəng bir imperiyanı dağıda bilirsə və buna o imperiyanın dövlət maşını mane ola bilmirsə, təbii ki, problem Qorbaçovun “uğurlu” olmasında deyil, problem həmin imperiyanın dövlət maşınındadır.

Adətən bir imperiya qanunauyğun sonunu yaşayanda həmin imperiyaya rəhbərlik edən sonuncu şəxsi zəif lider kimi tarixə tanıdırlar. Amma hər bir imperiyanın sonu labüd olduğuna görə sonuncu idarəçinin zəif, ya da güçlü olması faktiki olaraq tarixin axınını dəyişdirə bilmir. Çünki qocalmış, ya da çürümüş bir orqanizmin və dövlət maşınının müqavimət göstərmək imkanları həddindən artıq zəifləyir və mərkəzdən qaçan gücləri güçlü lider belə buxovlaya bilmir.

Ona görə də Qorbaçovun güçlü və ya zəif lider olması da SSRİ üçün heç nəyi dəyişə bilməzdi. Fakt odur ki, Qorbaçov bütün imperiyaların son nümayəndəsi kimi rəhbərlik etdiyi imperiyanı xilas etməyə cəhd etdi. Amma onun bu cəhdi uğursuz oldu və bu da labüd idi.

Burda Çini də xatırlamamaq mümkün deyil. Çünki Qorbaçovun “yenidənqurma” islahatından fərqli olaraq, Çində aparılan islahatlar uğurlu olması ilə yanaşı, həm də bu gün Çini dünyanın ən güclü iqtisadiyyata malik qüdrətli dövlətlərindən birinə çevirdi. Bəs Çin Kommunist Partiyası bu islahatlar nəticəsində niyə iflasa uğramadı? Halbuki Maonun “təcrübələri” Çinin iqtisadiyyatına və sosial sferasına Stalinin SSRİ-yə vurduğu ziyandan da çox ziyan vurmuşdu.

Məsələ ondadır ki, Çin monolit və unitar bir dövlətdir. Bu dövlətin təmərküzləşməsində və inkişafında tarixən yabancı ünsürlər demək olar ki, iştirak etməyib və etmir. Min illər boyunca Çin türk və digər yabancı ünsürlərdən özünü uğurla qoruya bilib, hətta bunun üçün Böyük Çin Səddini inşa etmək lazım gəlsə belə, Çin öz dövlət maşınında yabancı ünsürlərin iştirakına qətiyyən imkan verməyib və bu, Çinin bilinən tarixindən bu günə kimi belə davam edir.

Doğrudur, 13-cü əsrdə Çini monqollar işğal edir və bu işğal təqribən 100 il davam edib. Daha sonra isə 17-ci əsrdə mancurlar Çində hakimiyyəti ələ keçirib və təqribən 250 il, 1644-cü ildən 1911-ci ilə qədər bütün Çini idarə ediblər. Lakin bu yabançı ünsürlər Çin dövlətinin siyasi və sosial, o cümlədən mədəni sistemini dəyişə bilməyiblər. Mancurlar ümumiyyətlə assimliyasiya olunublar və hazırda Çinin şimalında yaşayan bu xalq özünü cinli hesab edir.

Çində Kommunist Pariyası hakimiyyətə gəldikdən sonra isə Çin yenidən tamamilə monolit dövlət maşınına sahib olub və hazırda ölkə əhalisinin 90%-dən arıtğının çinli olması yabançı ünsürlərin təsirini minimuma endirir.

Yabançı ünsürlərin olmadığı imperiyaların isə iflası olmur. Bu imperiyalar ya sülalə, ya da sistem dəyişərək yollarına davam edirlər. Çin dünya tarixində bəlkə də yeganə belə bir imperiyadır və əslində bu dövlət özünü ona görə “imperiya” adlandırır ki, 2500 il bundan əvvəl adını indiki dövlətə verən Çin Huanq Ti çinlilərin altı dövlətini birləşdirərək özünü imperator elan etmişdi.

Digər tərəfdən isə Çində ötən əsrin 80-ci illərində başladılan və hələ də davam edən islahatlar siyasi deyil, iqtisadi xarakter daşıyır və bu islahatların əsas hədəfi istehsalçıya daha çox azadlıq verməkdir. Buna baxmayaraq, Çinin avtoritar dövlət aparatı heç bir dəyişikliyə məruz qalmır ki, bəziləri də bunu “Çin möcüzəsi” kimi dəyərləndirirlər.

Əslində isə Çin islahatlardan ona görə ziyan çəkmir və iflasa uğramır ki, bu dövlətin ətrafında mərkəzdən qaçacaq olan güc yoxdur. Hazırda isə Çində yabancı uyğur və tibet faktorları var ki, bu ünsürlər də heç vaxt idarəetməyə yaxın buraxılmırlar.

Çindən fərqli olaraq Rusiya imperiyası heç zaman monolit milli tərkibə sahib olmayıb və bu imperiyada ruslar özlərini hegemon etnos (superetnos) görsələr də, varlığının başlanğıcından bu günə qədər Rusiya dövlət maşınında çoxsaylı yabancı ünsürlər iştirak edirlər. İlk rus dövlətini ruslar vikinq sülaləsini (varyaqlar) özlərinə hökmdar dəvət etməklə qurublar. Daha sonra isə Rus dövlət maşınında türklərin rolü böyük olub. Və 18-19-cu əsrlərdə Rusiya imperiyasının idarəetməsi deməık olar ki, avropalılar tərəfindən həyata keçirilib. Bu ənənə bu gündə davam edir və bugünkü Putin Rusiyasının idarəetməsində rus ünsürü demək olar ki, çox azdır. Ümumiyyətlə, hazırda slavyan-avropoid ruslar demək olar ki, sürətlə tükənir və sarışın ruslar qaralmağa başlayıblar. Rusları tükədənlər isə assimliyasiya etdikləri xalqlardır.

SSRİ çoxmillətli imperiya-fedarasiya olduğuna görə, islahatlar nəticəsində bu imperiyanı saxlamaq və davam etdirmək də mümkün deyildi. Çindən fərqli olaraq SSRİ-də mərkəzdənqaçan güc o qədər çox idi ki, Qorbaçovun “yenidənqurma” islahatlarında bu gücləri qoruyub saxlamaq sadəcə, mümkün deyildi. 1985-91-ci illərdə də baş verən bu idi. Yəni Qorbaçovun, ya da Siyasi Büronun iradəsi bunun qarşısını almaq üçün aciz idi.

Hazırda eyni proses Putin Rusiyasında da baş verir. Yeltsinin yaratdığı dərəbəylikdən sonra mərkəzi hakimiyyəti gücləndirməyi başaran Putin indi tarixi qanunauyğunluğun sıradan aktyoru kimi çıxış edir.

Neft və qaz pulları ilə ölkəsini varlandırmağı bacaran Putin Qorbaçovun hakimiyyətini itirməsi ilə itirilən torpaqları yenidən qazanmağa cəhd edir və o, bunu az qala ona verilən ilahi vəzifə kimi başa düşür.

Rusiya ölməkdə olan bütün imperiyalar kimi daha bir cəhdlə yenidən özünü bir imperiya olaraq təsdiqləməyə çalışır. Daha doğrusu özündə bir imperiya olaraq məzmun dəyişkliyi yaratmağa çalışır. Lakin Rusiya sadəcə ölür və Putinin bu gün göstərdiyi cəhd Rusiyanın ölümünü sürətləndirdiyi kimi, həm də bu ölümü faciəvi edir. Əgər Atatürk 20-ci əsrin əvvəlində təkcə Anadolu və İstanbulla kifayətlənib Osmanlı imperiyasına aid olan hər şeydən imtina etməsəydi, Türkiyənin və türklərin taleyi çox faciəvi olacaqdı. Əgər İkinci Dünya Müharibəsindən sonra Britaniya imperiyası artıq okeanlara və bütün Cənub Şərqi Asiyaya hakim ola bilməyəcəyini anlayıb geri çəkilməsəydi, Britaniyanın və ingilislərin taleyi çox acınacaqlı olacaqdı. Hətta Türkiyə və İngiltərə imperiya ambitsiyalarından imtina etmələrinə baxmayaraq, türklər kürdlərlə, ingilislər isə şotland və irlandlarla problemlər yaşamaqdadırlar. Yəni mərkəzdən qaçmaq istəyən bur güc varsa, o güc həmişə buna cəhd edəcək və bu cəhldərin binrinin uğurlu olacağını heç də istisna etmək olmaz.

Rusiyada bu gün də mərkəzdən qaçmaq istəyən güc kifayət qədərdir. Hətta onlarcadır. Putin bu gücləri ram etmək və imperiyanı davam etdirmək üçün 30 il öncə Rusiya imperiyasından qopan xalqları geri qaytarmağa çalışır və bunun üçün də bu gün Ukraynaya müharibə açıb. Bu müharibənin isə Rusiyaya göstərəcəyi təsirləri bir neçə il ərzində görəcəyik və bu nəticələrin Ruisya üçün faciəvi olacağı artıq görünür.

Hətta Rusiya bu müharibədən qalib çıxsa və Ukraynanın şərqini işğal etsə belə, bir neçə ildən sonra Rusiyada dağılma və iflas proseslərinə şahid olacağıq. Çünki bu müharibə Rusiyanı hiss olunacaq qədər zəiflədir və mərkəzdən qaçmaq istəyən güclər bundan mütləq yararlanacaqlar. Yəni Putinin iradəsi buna mane ola bilməyəcək və Putindən sonra isə Rusiya xaosun mərkəzi olaraq görünəcək. Və bu xaosdan yeni dövlətlər doğacaq...

Rusiya bu gün hətta Suriyaya qədər gedib çıxıb və Putin Qərblə münaqişəni SSRİ dönəmindən daha üst səviyəyə çıxarıb. Bütün bunlar isə texnologiya əsrində texnoloji üstünlüyü olmayan bir dövlətdə baş verir...

Putinin yürütdüyü siyasət Rusiyanı həm də mədəni olaraq da öldürür və Rusiyanın “yumşaq gücü” olan rus dili və mədəniyyəti artıq rədd edilir və hətta bu mədəniyyət barbar bir mədəniyyət olaraq qəbul edilir.

Halbuki, Putin Atatürk, ya da Çörçil kimi davransaydı bəlkə də Rusiyanı və rusları faciədən xilas edə bilərdi. Amma yaşlanmış və qəzəbinii artıq idarə edə bilməyən Putin israrla təmsil etdiyi dövləti və xalqı uçuruma doğru aparmaqdadır...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Erməni “xəstəliyi” və ermənilərin hamilərinə xoş görünmək istəyən “sülhpərvərlər”...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

Zəngəzur dəhlizi Tehranı niyə dəli edir?- İranın özündən çıxması və blefi..

"Yığdığını yığdı, gedib indi rahatca xımır-xımır xərcləyəcək"

İran gündəliyi – Biz əlimizdə olan silahı niyə dəyərləndirə bilmirk?..

Azərbaycan məktəblərini kimlər “Hababam sinifi”nə döndərib?

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Həftənin mozaikası: Nurlana Əliyevanın “tövsiyəsi” və ledi BREXİT-in gedişi...

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Ən çox oxunanalar