Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qiymətli kağızlar bazarında canlanma var - Vəziyyət qanedicidir?

Ekspert: “25 milyon manat civarında olan rəqəmlər onu deməyə əsas verir ki, ümumilikdə ölkə iqtisadiyyatı o qədər də böyük həcmə malik deyil”

“Kapital bazarın inkişafı üçün öncəliklə ölkə iqtisadiyyatının maliyyə seqmentinin dayanıqlılığı, pul-kredit siyasətinin adekvatlığı və pul kütlələrinin kəskin artımı təmin etmək lazımdır”.

Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov ölkə iqtisadiyyatında qiymətli kağızlar bazarının vəziyyətini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Məlumdur ki, Azərbaycanda kapital bazarlarının böyük hissəsini dövlətin qiymətli kağızları təşkil edir. 2018-ci il ərzində qiymətli kağızlar bazarında ümumilikdə 24 554.800 manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 56.2% daha çoxdur. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, əməliyyatların 58.7%-i (14 407.900 manat) ilkin bazarda, 41.3%-i (10 146.900 manat) isə təkrar bazarda aparılıb.

Qərb ölkələrində səhm və qiymətli kağızlar bazarı geniş yayılıb. Əhali gəlirlərinin bir hissəsini qiymətli kağızlara qoymaqla, əlavə qazanc əldə edirlər. Azərbaycanda isə bu hal müşahidə olunmur. Demək olar ki, ölkədə qiymətli kağızlar bazarı yoxdur və aliyyə bazarları inkişaf etməyib. Nəticədə insanların qiymətli kağızlar bazarına marağının aşağı səviyyədə olması ölkədə bu sahənin zəif inkişaf etməsinə gətirib çıxarıb.

Ümumilikdə mövcud şəraitdə istiqraz, qiymətli kağızlar bazarının canlamasını nəylə əlaqələndirmək olar? Ümumiyyətlə, Azərbaycanın qiymətli kağızlar bazarındakı vəziyyətini qənaətbəxş hesab etmək olarmı və əhalinin qiymətli kağızlar bazarına marağını artırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədovun fikirlərini öyrənib.

Elşad Məmmədov: “Azərbaycan iqtisadiyyatının həcminə rəğmən ölkədə kapital bazarının həcmi çox məhduddur və bu bazarın inkişaf göstəriciləri məqbul sayıla bilməz”.

Qiymətli kağızlar bazarında hiss olunan canlanmanın ötən illərdə baş verən çöküşlərin stabilləşməsi olduğunu və hansısa müsbət inkişafın mövcudluğundan xəbər vermədiyini qeyd edən UNEC professoru Elşad Məmmədovun fikrincə, kapital bazarın inkişafı öncəliklə maliyyə bazarının bütövlükdə inkişafından asılıdır:

“Əslində 2018-ci ildə kapital bazarında müşahidə edilən müəyyən canlanma heç də iqtisadiyyatın bu seqmentində, yəni kapital və fond bazarlarında ciddi aktivliyin göstəricisi deyil. Eyni zamanda bu canlanmanı kapital bazarının ölkə iqtisadiyyatında böyük rolu kimi qeyd edə bilmərik. Çünki 25 milyon manat civarında olan rəqəmlər onu deməyə əsas verir ki, ümumilikdə ölkə iqtisadiyyatı o qədər də böyük həcmə malik deyil. Yəni, Azərbaycan çox da böyük dövlət hesab olunmur.

Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının həcminə rəğmən ölkədə kapital bazarının həcmi çox məhduddur və bu bazarın inkişaf göstəriciləri məqbul sayıla bilməz. Bu amilin bir çox səbəbləri var. Başlıca səbəb kimi dünya təcrübəsi də göstərir ki, kapital bazarlarının inkişaf etməsinin çox ciddi fundamental əsasları olmalıdır. Bu əsaslar ilk növbədə, maliyyə və bank xidmətləri bazarlarının inkişaf etdirilməsi ilə bağlıdır. Daha sonra əhalinin gəlirlərinin xeyli dərəcədə artırılmasına nail olmaq lazımdır. Həmçinin ölkədə fəaliyyət göstərən real istehsal sektorunun inkişafına nail olunmalıdır.

Elşad Məmmədov: “Məlum stabilləşmə əhəmiyyətli müsbət dinamika deyil. Kapital bazarın inkişafı üçün öncəliklə ölkə iqtisadiyyatının maliyyə seqmentinin dayanıqlılığı, pul-kredit siyasətinin adekvatlığı və pul kütlələrinin kəskin artımı təmin etmək lazımdır”.

Real sektorda rəqabət mühitinin formalaşması qiymətli kağızlar bazarının yaranmasına təsir göstərir və nəticədə qiymətli kağızlar bazarının potensialını xeyli dərəcədə artırır. Bu baxımdan kapital bazarın inkişafı öncəliklə maliyyə bazarının bütövlükdə inkişafını tələb edir. Maliyyə bazarlarının ölkədə kreditləşmənin həcmi və depozit portfelinin artımı, əhalinin potensial olaraq qiymətli kağızların alıcısı kimi çıxış etmək qabiliyyətinin olması kimi şərtləri fonunda kapital bazarda inkişaf gedə bilər.

Keçən dövrdə baş verən artım isə ondan əvvəlki illərdə kapital bazarında çox ciddi enmələrin baş verməsi ilə bağlıdır. O durum tədricən stabilləşir. Lakin bu stabilləşmə ciddi artım hesab olunmur. Biz sadəcə 2014-2015-ci illərdə maliyyə bazarlarında, ümumiyyətlə ölkə iqtisadiyyatında baş verən çətinliklər nəticəsində yaranmış kəskin enmənin stabilləşməsinə şahid oluruq. Bu, xüsusən də 2015-ci ilə qədərki dövrü əhatə edir.

Məlum stabilləşmə əhəmiyyətli müsbət dinamika deyil. Kapital bazarın inkişafı üçün öncəliklə ölkə iqtisadiyyatının maliyyə seqmentinin dayanıqlılığı, pul-kredit siyasətinin adekvatlığı və pul kütlələrinin kəskin artımı təmin etmək lazımdır. Bu proseslərdən sonra fond və kapital bazarların inkişafına dair fikir söyləmək doğru olar”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar