Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırmızı Xaç: HƏMAS girovları cəbhə xəttində saxlayır

Fələstin HƏMAS hərəkatı girovları döyüşlərin getdiyi ərazidə saxlayır və bu da insanları azad etmək üçün işi xeyli çətinləşdirir...

Poliqon xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Yaxın və Orta Şərq üzrə regional əməliyyatlar departamentinin direktoru Fabrizio Karboni RBC-yə müsahibəsində bildirib.

“Girovlar döyüş meydanında, cəbhə xəttində saxlanılır. Bu tipik deyil. BQXK-nın girovlara və ya məhbuslara baş çəkdiyi dünyadakı digər münaqişələrə nəzər salsanız, onlar adətən döyüş meydanında deyil, bizim onlara daxil ola biləcəyimiz təhlükəsiz ərazilərdə saxlanılır. Bura isə bizim işimizi xeyli çətinləşdirən döyüş meydanıdır”, Karboni bildirib.

BQXK direktoru əlavə edib ki, HIMAS Qırmızı Xaç təşkilatının girovlara baş çəkməsinə icazə verməkdən imtina edib. O, həmçinin İsrailin Qırmızı Xaç Cəmiyyətinə Qəzza zolağındakı girovlara giriş icazəsi verilməyənə qədər BQXK əməkdaşlarının İsrail həbsxanasındakı fələstinlilərə baş çəkməsinə icazə verməyəcəyinə təəssüfləndiyini də bildirib. Onun sözlərinə görə, BQXK İsrail rəsmiləri ilə məsələni müzakirə etməyə davam edir.

Karboni qeyd edib ki, girov və məhbusların saxlanma şəraiti məxfi məlumatdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Ən çox oxunanalar