Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbli varlılar yaşasın, şərqli kasıblar ölsün - Dərman sənayesinin cinayətlərinə nə vaxt son qoyulacaq?..

Süleyman Şahin
“Mecra” qəzeti, Türkiyə, 21 avqust 2020-ci il

Bu gün təkcə ABŞ-da ildə 32 milyard dollar qazanan bir sektordan söhbət gedir. “Roche” şirkəti cərimələnən vaxt bu say 20 milyard idi. Ödənən 500 milyon dollarlıq cərimənin çox kiçik olduğunu görə bildikmi? Bütün bu göstərişli cərimələr, həm də dərman şirkətlərinin dövlətlərin və beynəlxalq sistemin üzərindəki gücünü də nümayiş etdirmirmi?

İnsanlardan sınaq donuzları kimi istifadə edirlər

3 dekabr 2013-cü ildə “Financial Times” qəzeti “Dərnan markasını qorumaq: Nüfuzu düzəltmək, inamı bərpa etmək” başlıqlı bir panel hazırlamışdı. Panelə dəvət olunanlar arasında “Roche” dərman şirkətinin keçmiş baş direktoru, dərman sektorunun qabaqcıl simalarından biri olan Uilyam Borns və “Bayer”in o vaxtkı direktoru Marcin Dekers də vardı. Danışmaq növbəsi Dekersə çatanda o belə dedi:

“Hindistan bizim üçün qeyri-adi bir vəziyyət idi. Lisenziyamıza baxılmadı, amma digər şirkətlərin lisenziyalarına baxılıb. Hindistan hökuməti bizə dedi ki: “Xeyr, sizin lisenziyanız etibarlıdır. Bu məhsul böyrək və qaraciyər xərçəngi üçün istehsal olunub. Lisenziyanız etibarlıdır, ancaq çox pul istəyirsiniz. Buna görə, Hindistandakı bir şirkətin adından məcburi lisenziya çıxarmalısınız. Bu şirkət dərmanı istehsal edib aşağı qiymətə satacaq. Mənfəətdən də 6% lisenziya hüququ əldə edəcəksiniz”. Bu, hökumətin qərarı idi. Lisenziya bizə məxsusdur və başqasına bu məhsulun istehsalına icazə verilib. Niyə? Guya yoxsul hindistanlılar bu dərmanı ala bilməzdilər. Heç Hindistanda olmusunuzmu, bilmirəm. Orada kasıb insanlar çoxdur. Xəstəxanalar (burada gülür) yaşadıqları yerə də yaxın deyil. Bu çox siyasi bir qərardır və mən bunu oğurluq adlandırıram. İndi bu, iş modelimizə böyük bir təsir göstərəcəkmi?

Gəlin dürüst olaq, biz bu məhsulu Hindistan bazarı üçün hazırlamamışıq. Məhsulu almağa imkanı olan Qərb xəstələri üçün hazırladıq. Bu, xərçəng müalicəsində istifadə edilən bahalı bir məhsuldur. Belə bir vəziyyətdə də yayılma riskini bilirsiniz. Hindistan şirkəti bu məhsulu satmağa başlasa, sürətlə yayılaraq Cənubi Afrikadan Yeni Zelandiyaya qədər bir bazar meydana gətirər. Bu da bütün dərman sənayesi və dərman sənayesinin lisenziya almaq hüququ üçün təhlükə yaradacaq”.

Qərbli varlılar yaşasın, başqaları ölsün

“Nexavar” - xərçəng dərmanı

Sözügedən dərmanın adı “Nexavar” idi və xərçəng xəstələri üçün istehsal edilmişdi. Bu dərmanı istehsal edən şirkətin başındakı adamın dediyi tam olaraq budur: “Bu, bahalı bir məhsuldur. Biz onu yoxsul hindistanlılar üçün deyil, qərbli varlılar üçün istehsal etdik”.

Bəli, məhsul həqiqətən bahalı idi. Asiyalı, afrikalı yoxsulların deyil, Qərb zənginlərinin ala biləcəyi növdəndir. “Bayer” şirkəti dərmandan istifadə edən hər bir xərçəng xəstəsindən 96 min dollar qazanırdı. Halbuki Hindistan şirkəti eyni dərmandan cəmi 177 dollar qazanırdı.

Marcin Dekers 2017-ci ildə “Unilever”in rəhbəri olduqdan sonra verdiyi müsahibədə deyirdi:

“İnanıram ki, şirkətlər sosial məsuliyyət sahəsində hazırda görülən işlərdən daha da yaxşısını edəcəklər. Şirkətlər bu şəkildə düşünməlidirlər. Bu düşüncə tərzi hazırda təzyiq altında olan böyük şirkətlərin nüfuzuna və etibarına kömək edəcəkdir”.

Dünyadakı yoxsul xərçəng xəstələrinin ölümü ilə maraqlanmayan, yalnız pul qazanmağı düşünən bir dərman fabriki direktorunun 4 il ərzində bir sosial məsuliyyət dahisinə çevrilməsi, gördüyünüz kimi, çox sadədir.

Sektorda təmiz şirkətlər qaldımı?

“Roche” şirkətinin keçmiş icraçı direktoru Uilyam Borns

Dərman sənayesindəki qalmaqallar nə “Bayer”lə məhdudlaşır, nə də yalnız xərçəng müalicəsində mövcuddur. Bədxassəli bir şiş kimi, demək olar, hər sahəyə yayılmış bir problemdən bəhs edirik.

İndi isə “Roche” şirkətinin etdiyi böyük qalmaqal haqqında danışacağıq. Dünyanın əczaçılıq sənayesinin aparıcı şirkətlərindən biri olan “Roche”nin ABŞ-da nəşr olunan “Multinational Monitor” jurnalı tərəfindən 90-cı illərin ən qanunsuz şirkəti elan edildiyini bilirdinizmi? Yaxşı, bəs bunun səbəbi nə idi? Təbii ki, acgözlük.

ABŞ məhkəməsi “Roche”ni 1999-cu ildə vitaminlər üzərində bir kartel yaradaraq və əsassız şəkildə qiymətləri artıraraq haqsız qazanc əldə etdiyi üçün 500 milyon dollar cərimə etmişdi. Bu, Amerika hökumətinin kartel işlərinə görə tətbiq etdiyi ən böyük hökm idi. Qərarın mətni beləydi:

“Təxminən 10 ildir fəaliyyət göstərən bu kartelin vitamin həblərinin satışı məsələsində bütün qərar mexanizmlərinə ən kiçik detallara qədər nəzarət etdiyi müəyyən edilib. Kartel üzvləri illik iclaslarında narkotiklərin hansı qiymətlərlə satılacağına dair razılığa gəliblər və qanunsuz fəaliyyətlərinin mütəmadi olaraq davam etdirilməsini təmin edərək bütün statistikaları bir-biriləri ilə paylaşıblar”.

“Roche”nin rəhbərlik etdiyi kartel 20 milyard dollarlıq vitamin bazarının 90%-ni nəzarətdə saxlayır və qiymətləri istədiyi kimi qaldırırdı.

İş burada da bitmir. 2001-ci ildə bu dəfə də AB məhkəməsi “Roche”ni 462 milyon avro cəzalandırdı. Səbəb isə eyni idi: dünya vitamin bazarını inhisara almağa çalışmaq. Bunun ardınca da Kanada tərəfindən 48 milyon dollar cərimə yazıldı. Lakin şirkət o qədər acgöz idi ki, vitamin bazarı dayanmadı və limon turşusu karteli yaratdı. Bu işdən də 14 milyon dollar ödəyərək yaxasını qurtardı.

Onda niyə cəzalar çəkindirici deyil?

“Roche” şirkətinin sosial sığorta qurumuna (SSQ) 3 qat qiymətə satdığı “NeoRecormon”

Qəsdən “yaxasını qurtarmaq” ifadəsini işlətdik. Çünki xəbərlərə qoyulan başlıqlar cəmiyyətin bütün diqqətini cəmi 1 milyard dollarlıq cərimələrə cəlb edir və “Roche”ni “cəzasını ödəyib üzü ağ çıxan şirkət” kimi təqdim edilirdi. Üstəlik, bütün cinayət şirkətin 3 rəhbərinin üstünə atılmış və qurumun yuyulması əməliyyatı uğurla başa çatdırılmışdı.

Beləliklə, sual yaranır: cinayətlərin tamamilə qarşısını almaq üçün cəzalar çəkindirici bir xarakter daşıyırmı?

Amerikanın “Vanity Fair” jurnalının 2011-ci ilin yanvar sayında dərc edilmiş “Ölümcül tibb” məqaləsindən məsələ ilə bağlı aşağıdakı sətirləri diqqətinizə çatdıraq:

“Bir milyon əhalisi olan Santiaqo del Estero Argentinanın ən kasıb bölgələrindən biridir. 2008-ci ildə 7 körpə peyvənd sınaqlarına daxil edilin və Amerikanın klinik sınaqları ədəbiyyatında deyildiyi kimi “əks hadisə” meydana gəldi, yəni körpələr öldü. Bu ölümlər “Synflorix” adlı yeni bir peyvəndin sınaqları zamanı baş verib. Yeni peyvənd sətəlcəm və qulaq infeksiyalarına qarşı hazırlanmışdı. Peyvəndi hazırlayan şirkət isə qısaca GSK olaraq bilinən, dünyanın dərman sənayesinin dördüncü böyüyü olan “Glaxo Smith Kline” idi.
Körpələrin ailələri təhsilsiz insanlar idi və hansı təcrübəyə məruz qaldıqlarını belə bilmirdilər. Yerli həkimlər vasitəçilik edərək ailələri hər körpə üçün 350 dollar qarşılığında test verməyə razı salmışdılar. Şirkətin açıqlamasına görə, digər bölgələr və sınaqların keçirildiyi ölkələrlə müqayisədə, ölüm nisbəti normal deyildi.

Əlbəttə ki, körpələrin meyidinə heç bir müstəqil tədqiqat qrupu tərəfindən baxılmadı. Vəziyyəti araşdırmaq üçün hökumət tərəfindən təyin olunan şəxs isə Dövlət Səhiyyə Nazirinin qardaşı çıxmışdı.

Hindistanın paytaxtı Yeni Dehlidə edilən klinik araşdırmalarda 49 körpə can verdi. Sınaqlar Bütün Hindistan Tibb Elmləri İnstitutu tərəfindən təşkil edilib və 30 ay davam edib. Körpələrə qan təzyiqini həddindən artıq artıran yeni bir dərman verildib, ancaq bu cür dərmanlar 18 yaşına çatmayanlar üçün uyğun deyildi.

Hindistanın bir tibb jurnalının redaktoru deyirdi: “Bu təcrübələr Qərb xalqlarının ömrünü uzatmaq üçün edilir və Hindistana heç bir faydası yoxdur. Uşaqlarımızdan sınaq donuzları kimi istifadə edirlər”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Ən çox oxunanalar