Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbin Cənubi Çin Dənizi ittifaqı: AUKUS yeni dünya müharibəsini alovlandırır...

Cənubi Çin dənizinin qlobal iqtisadiyyata birbaşa təsiri onu beynəlxalq arenada son dərəcə əhəmiyyətli edir...

Muhammed Garavi
“Şarkul Avsat” qəzeti, 28 dekabr 2021-ci il

Şərqi və Cənub-Şərqi Asiyada Cənubi Çin dənizindəki mübahisələr beynəlxalq təsirləri olan regional münaqişələrin uzun bir hissəsidir. Cənubi Çin dənizinin qlobal iqtisadiyyata birbaşa təsiri onu beynəlxalq arenada son dərəcə əhəmiyyətli hala gətirir. Dünya neft və dəniz ticarətinin üçdə biri Cənubi Çin dənizindən gəlir. ABŞ və Çin arasında son vaxtlar intensivləşən siyasi debatlar bölgədə artan hərbi varlıq ilə sahəyə də keçib. ABŞ, Böyük Britaniya və Avstraliya, Çinin bölgədə artan təsirini dayandırmaq üçün İkinci Dünya Müharibəsindən sonra ən böyük üçtərəfli təhlükəsizlik quruluşu olan AUKUS adlı hərbi ittifaq qurduğunu açıqlayıb. Çin bunu məsuliyyətsizlik adlandırıb. Qərb ölkələrinin Cənubi Çin dənizi üçün qurduğu bu ittifaqın bölgədə sülh və təhlükəsizliyə zərər verdiyini, silahlanma yarışını artırdığını iddia edən Pekin rəhbərliyi AUKUS-a qatılan Qərb ölkələrini Soyuq Müharibə zehniyyətinə qayıtmaqda ittiham edib.

ASEAN ölkələrinin (Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tailand, Vyetnam), xüsusən də Cənubi Çin dənizi ilə bağlı Çinlə münaqişəsi olan ölkələrin AUKUS-a reaksiyaları fərqli olub. Qərb ölkələri arasında bu yeni ittifaq onun regionda dəniz münaqişəsinin həllində faydalı olması ilə bağlı mürəkkəb və fərqli fikirlərə səbəb olub.

Geosiyasi münaqişə yenidən ortaya çıxdı

Bruney, Kamboca, İndoneziya, Malayziya, Filippin, Sinqapur, Tayvan, Tailand və Vyetnamla əhatə olunmuş Cənubi Çin dənizi çox sayda ticarət gəmilərinin keçməsi səbəbiylə Hind-Sakit Okean regionunda mühüm geosiyasi rol oynayır. Cənubi Koreya və Yaponiya kimi böyük sənayeləşmiş ölkələrin enerji təchizatı üçün də çıxış nöqtəsi olan Cənubi Çin dənizi balıqçılıq, təbii qaz və neftlə zəngin bir bölgə kimi diqqət çəkir. Bu da regionu müzakirələr üçün münbit hala gətirir.

Böyüklüyünə görə ciddi iqtisadi əhəmiyyət kəsb edən Cənubi Çin dənizi hər il təxminən 4 trilyon dollar dəyərində ümumi dünya dəniz ticarətindən keçir. Dünya neftinin təxminən 30%-ni daşıyan neft tankerləri də bu mübahisəli dənizdən keçir. Cənubi Çin dənizində də 190 trilyon kubmetrdən çox təbii qaz və 11 milyard barrel neft ehtiyatı var.

Dəniz sahəsində mübahisələrə Cənubi Çin dənizindəki adaların ərazi suverenliyi ilə bağlı məsələlər də daxildir. Bu fikir ayrılıqları uzun illər bölgədə gərginlik və qarışıqlığa səbəb olsa da, Birləşmiş Millətlər Təşkilatı (BMT) 1994-cü ildə Dəniz Qanunu Konvensiyasını qəbul edərək bu fikir ayrılıqlarını aradan qaldırmağa çalışıb. BMT-nin Dəniz Hüququ Konvensiyası dənizə çıxışı olmayan ölkələrin iqtisadi və təhlükəsizlik maraqlarını tarazlaşdırmaq üçün hüquqi baza yaradır.

BMT-nin Dəniz Hüququ Konvensiyası, həmçinin dənizə çıxışı olmayan ölkələrin “xüsusi iqtisadi zona” adlanan əraziyə malik olmasını nəzərdə tutur. Buna əsasən, bir ölkənin sahillərindən 200 dəniz mili məsafədə uzanan ərazi xüsusi iqtisadi zona adlanır. BMT-nin Dəniz Hüququ Konvensiyasına əsasən, bu ölkələrə xüsusi iqtisadi zonanın xüsusi hüquqlarının verilməsi onların regionlarında tədqiqat və kəşfiyyat işləri aparmaq və dəniz ehtiyatlarından istifadə etmək üçün xüsusi imtiyazlar verir, eyni zamanda, gəmilərin keçidinə icazə verir.

Çinin hərbi gücü

Cənub-Şərqi Asiya ölkələrinin rəsmiləri Çinin xüsusi iqtisadi zonasının pozulmasından şikayətlənirlər. Tez-tez Çinə iqtisadi zonaların xüsusi hüquqlarını tənzimləyən BMT-nin Dəniz Hüququ Konvensiyasına hörmətlə yanaşmağa çağırışlar edilir. Bu məsələ ilə bağlı gərginlik ötən ilin noyabrında Çin və ASEAN arasında keçirilən son sammitdə də hiss olunub. Filippin prezidenti Rodriqo Duterte bir daha Çinin müdaxiləsi ilə bağlı ciddi narahatlığını dilə gətirib və Çin Milli Sahil Mühafizəsinin Cənubi Çin dənizindəki mübahisəli qayalıqda filippinli dənizçilərə yük daşıyan qayıqların qarşısını almaq üçün təzyiqli sudan istifadə etməsini pisləyib.

“Şarkul Avsat” qəzetinin “Independent Arabia”ya istinadən verdiyi xəbərə görə, Çin son vaxtlar bölgədə yeni hərbi bazalar qurub inkişaf etdirərək, süni adalar tikərək dənizə təsirini genişləndirmək cəhdləri ASEAN ölkələri tərəfindən etirazlarla qarşılanıb və qonşularını qorxuya salıb.

ABŞ Çini mübahisəli ərazilərdəki süni adalarda gəmi əleyhinə raketlər, zenit-raket raketləri, quru-hava tipli raketlər və hərbi əməliyyatları pozan avadanlıqlar yerləşdirməklə Cənubi Çin dənizini hərbi zonaya çevirmək cəhdində ittiham edib.

Çinin Cənubi Çin dənizindəki mübahisəli ərazilər üzərində suverenlik iddiası ilə bağlı daha bir diqqətçəkən hadisə sentyabr ayında baş verib.

Çin mediası Milli Sahil Mühafizəsinin Pekinin suverenlik iddiasında olduğu sulardan keçən xarici gəmilərin yüklərinin açıqlanmasını tələb etmək hüququna malik olduğunu bildirib. Çünki Çinin qəbul etdiyi yeni qanun ölkənin milli təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı gəmi və ya qayığın bu sulardan keçməsinin qarşısını almağa imkan verir.

Bununla belə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin Cənubi Çin dənizi bölgəsini ələ keçirməyə və bölgədə dəniz imperiyası yaratmağa çalışması ilə bağlı iddiaları təkzib edib. Çin hökuməti iddia edir ki, o, qonşularına bərabər yanaşır və dəniz sahəsində öz suverenliyini və hüquqlarını qorumağa çalışır.

Əks addım

ABŞ və digər qüdrətli ölkələr qlobal ticarət hərəkatında mühüm arteriya və strateji əhəmiyyət kəsb edən Cənubi Çin dənizi üzərində Pekinin hegemonluğundan qorxurlar. Bu səbəbdən, Vaşinqton region ölkələri ilə yaxınlaşmağa çalışır. Çinin son illərdə mübahisəli bölgədə tətbiq etməyə çalışdığı hegemonluğu qırmaq üçün region ölkələri ilə hərbi əməkdaşlığını artırır. Bu il ərazidə müxtəlif əməkdaşlıqlar həyata keçirilib. İndoneziya və ABŞ keçən iyul ayında Cənubi Çin dənizinin ən cənub hissəsində sahil mühafizəsi təlim mərkəzinin yaradılmasını elan etmişdi. ABŞ bu əməkdaşlığı İndoneziyanın mübahisəli regionda mövcudluğunun əsaslarının qoyulması istiqamətində bir addım kimi görür. Bundan başqa, bu il regionun bir çox ölkələri birgə hərbi təlimlər keçirib. Bunlara İndoneziya ilə ABŞ arasında “Garuda Shield” və Cənubi Çin dənizində Hindistan və Vyetnam arasında hərbi dəniz təlimləri daxildir.

Vaşinqton bölgəyə marağını göstərmək üçün bu il Manila ilə də hərbi təlim keçirdi. İngiltərə, Almaniya və Fransa kimi bir çox ölkənin “naviqasiya azadlığını qorumaq” üçün zaman-zaman bölgəyə döyüş gəmiləri və donanma qüvvələri göndərməsi ilə Qərbin bölgədəki varlığı getdikcə daha çox görünməyə başlayıb.

Sözügedən güc nümayişi beynəlxalq sularda naviqasiya hüququnu qorumaq üçün edilir. Bu, həm də Çinin niyə bəzən aqressiv hərəkətlər etdiyini izah edir.

Avstraliya da müzakirə xəttinə daxil oldu

Avstraliya Cənubi Çin dənizi ilə bağlı mübahisələrdə tərəf olmasa da, coğrafi mövqeyinə görə bölgədə hər hansı narahatedici bir vəziyyətdən qorxur. Bu, Cənubi Çin dənizində güclü iqtisadi, ticarət və naviqasiya azadlığına malik olan Avstraliyanın regionda hegemonluq qurmaqla bağlı narahatlığını artırır.

Bəzi dərc edilmiş hesabatlar göstərir ki, Avstraliya hazırda öz maraqlarını qorumaq üçün bölgəyə daha çox hərbi gəmi göndərmək baxımından siyasi təzyiq altındadır. Bu kontekstdə Avstraliyanın münaqişədə iştirak edən ASEAN ölkələri ilə ikitərəfli dəniz təlimlərində iştirakı gözlənilir. Sentyabrın ortalarında Avstraliya Asiya-Sakit Okean regionunda ABŞ-la “tarixi” olaraq xarakterizə edilən yeni təhlükəsizlik ittifaqı qurduqlarını elan edərək regionda müzakirə xəttinə daxil olmaq üçün ilk addımı atdı. Bu addım Çinin regionda artan təsirini cilovlamaq cəhdi kimi şərh edilsə də, müşahidəçilər AUKUS adlanan ittifaqın İkinci Dünya Müharibəsindən sonra üç ölkə arasında ən mühüm təhlükəsizlik razılaşması olduğunu iddia edirlər.

AUKUS müqaviləsi Avstraliyaya ilk dəfə olaraq ABŞ istehsalı olan və nüvə enerjisi ilə işləyən sualtı qayıqlara sahib olmağa imkan verir. Bəzi analitiklər sazişi ölkələr arasında ən böyük müdafiə tərəfdaşlıqlarından biri kimi xarakterizə edirlər. Əsas diqqət hərbi imkanlara yönəldilmiş saziş rəqəmsal imkanların və dərin dəniz texnologiyalarının tərəflər arasında paylaşılmasını da nəzərdə tutur. ABŞ, İngiltərə və Avstraliya razılaşır ki, saziş Hind-Sakit okean regionunda onların ümumi maraqlarını qoruyarkən təhlükəsizlik və rifahı təşviq etmək üçün tarixi bir fürsətdir. Yeni ittifaq sayəsində Avstraliya ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan və Rusiyadan sonra nüvə sualtı qayıqlarına sahib olan 7-ci ölkə olacaq.

Avstraliya, həmçinin İndoneziya hökuməti ilə iki tərəfə doğru birgə hərbi təlimlər keçirməyə və Avstraliyadakı hərbi məktəblərdə indoneziyalı tələbələrə təlim keçməyə imkan verən müqavilə imzalayıb.

Müxtəlif münasibətlər

Bununla belə, Çin AUKUS-u “məsuliyyətsiz” adlandıraraq pisləyib. O, yeni sazişin regionda sülh və təhlükəsizliyə xələl gətirdiyini, silahlanma yarışını artırdığını vurğulayıb. Çinin Vaşinqtondakı səfirliyindən verilən açıqlamada AUKUS-a üzv olan ölkələr soyuq müharibə zehniyyəti və ideoloji qərəzlilikdə günahlandırılıb.

Çinli müşahidəçilər AUKUS-u ABŞ-ın Hind-Sakit okean regionunda strategiyasını daha güclü hərbi hədəflərə yönəldərək həyata keçirmək üçün yaratdığı ittifaq kimi görürlər, Asiyalı analitiklər isə AUKUS-u Soyuq Müharibə zehniyyəti və ya NATO ittifaqının yaradılması ilə əlaqələndirməkdən imtina edirlər. Asiyalı analitiklər AUKUS-u Soyuq Müharibə dövründə iki tərəf arasında bölünmə və münaqişədən çox fərqli olan qlobal iqtisadi inteqrasiyaya əsaslanan dominant ümumi tendensiya kimi görür və müdafiə edirlər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

"Fənərbaxça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

Ən çox oxunanalar