Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan Xronikası: “400-ə yaxın alban məbədini erməniləşdirməyə çalışıblar”

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib...

Poliqon xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev olub.

Ə.Vəliyev vaxtilə yaşadığı Göyçə mahalı Basarkeçər rayonu Sədənağac kəndinin tarixindən, təbiətindən, maddi-mədəni irs nümunələrindən danışıb. O, uşaqlığının keçdiyi bu qədim və tarixi Azərbaycan kəndində yaşadıqlarını dilə gətirib, xatirələrini bölüşüb. Bildirib ki, Sədənağac qədim türk tayfalarının yaşadığı kənd olub. Sovet hakimiyyəti illərində ermənilər bu yaşayış məntəqəsinin tarixi adını dəyişərək Güney qoyublar.

Qərbi Azərbaycanda ermənilərin soydaşlarımıza qarşı ayrı-seçkiliyindən, deportasiya və soyqırımından söhbət açan Ə.Vəliyev deyib ki, ötən əsrdə ata-baba mülkləri bir neçə dəfə yandırılıb, talan olunub. O, 1987-ci ildən başlayaraq azərbaycanlıların evlərinə silahlı basqınların təşkil edildiyini dilə gətirib. Bildirib ki, sistemli şəkildə həyata keçirilən bu siyasətin başlıca hədəfi monoetnik Ermənistan dövləti yaratmaq olub. Müsahib təəssüflə qeyd edib ki, ötən əsrin 1988-ci ilində azərbaycanlıları öz dədə-baba yurdlarından tamamilə deportasiya etdirən Ermənistan siyasi rəhbərliyi buna tam nail olub.

Ə.Vəliyev ümumilikdə Qərbi Azərbaycan ərazisində 26 türk tayfasının tarixən yaşadığını, xalqımıza məxsus on minə yaxın maddi-mədəni irs nümunəsinin olduğunu söyləyib. Vurğulayıb ki, tarixi torpaqlarımızda qalan bir çox abidələr ermənilər tərəfindən məqsədli şəkildə dağıdılıb, 400-ə yaxın alban məbədi erməniləşdirilib. O, deportasiyanın ən ağır faciəsini məscidlərin yaşadığını, 1988-ci ildən sonra indiki Ermənistan ərazisində 617 toponimin dəyişdirildiyini bildirib. Tarixi torpaqlarımız uğrunda mübarizənin yeni mərhələsinə toxunan Ə.Vəliyev deyib ki, Qərbi Azərbaycana qayıdış artıq ideologiya deyil, strateji hədəfdir və bu hədəfə çatmaq üçün inamlı addımlar atılır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması,

həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 8-də saat 19:30-da Baku Tv-nin efirində və “YouTube” kanalında yayımlanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ən çox oxunanalar