Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan İcması: “Fransa regiona soxulmaq siyasətindən əl çəkməlidir”

Qərbi Azərbaycan İcması Fransa Senatının anti-Azərbaycan qətnaməsi ilə bağlı bəyanat yayıb...

İcmadan verilən məlumata görə, bəyanatda deyilir:

“İrqçi, islamofob, Azərbaycanofob Fransa Senatı daha bir anti-Azərbaycan qətnaməsi qəbul edib. Fransız senatında əyləşən müasir səlibçilər anlamırlar ki, Azərbaycan öz suveren ərazisində hərbi əməliyyat keçirməyə görə heç kimdən icazə almır və bu mənada Fransa senatı öz yerini bilməlidir. Azərbaycanla bağlı gülünc ittihamlar irəli sürən Fransa senatı qoy “Fransada niyə tez-tez az qala vətəndaş müharibəsi yaşanır”, “Fransa niyə Korsika dilini qadağan edir”, “Fransa ordusunun Niger, Mali, Burkino Fasoda nə işi var”, “Fransa nə üçün özündən min kilometrlərlə uzaqda yerləşən əraziləri hələ də müstəmləkə asılılığında saxlayır” kimi suallara cavab versin.

İkinci Dünya Müharibəsində biabırcasına məğlub olduqdan sonra başqalarının mərhəməti ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna yiyələnmiş, bir neçə aydır ki bu qurumda Azərbaycan əleyhinə qətnamə qəbul etdirə bilməyən Fransa, görünür özünü Senatın qətnaməsi ilə ovundurur.

Fransa Senatının gözünü etnik və dini nifrət o qədər tutub ki, “Azərbaycanı və onun müttəfiqlərini öz qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağırır. Bununla Senat özünü lağlağı obyektinə çevirir.

Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmək hüququ”ndan danışan Fransa qoy gedib Korsikaya, basklara, Yeni Kaledoniyaya müstəqillik versin.

Bir tərəfdən Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışaraq, digər tərəfdən “Dağlıq Qarabağ Respublikası”, “Dağlıq Qarabağın demokratik surətdə seçilmiş liderləri” ifadələrindən istifadə edən Senat əslində özü-özünü ələ salır. AZƏRTAC-ın müxbirinin Yeni Kaledoniyaya girişinə qadağa qoyanlar Azərbaycandan “Dağlıq Qarabağ Respublikasının siyasi liderləri”nin buraxılmasını tələb edir.

Senat “erməni mədəni irsi”nə görə narahat olursa, qoy onda Fransanın əsrlərlə Afrikadan oğurladığı mədəni irs nümunələri ilə məşğul olsun. Fransanın Qarabağa göndərmək istədiyi UNESCO missiyası elə Fransanın özünə göndərilməlidir ki, həmin oğurlanmış irs nümunələrinin əsl sahiblərinə qaytarılmasını təmin etsin.

 
Qarabağ ermənilərinin geriyə qayıdışından danışan səlibçi mentalitetli Fransa Senatı başa düşməlidir ki, qayıdış qarşılıqlı olmalı, Qərbi azərbaycanlıların da Ermənistana qayıdışı təmin edilməlidir.

Başa düşürük, Azərbaycanofobiya son illər Fransada gəlirli peşəyə, “qəhrəman”, “alovlu natiq” olmaq üçün əla fürsətə çevrilir. Amma Fransa təkcə İkinci Dünya Müharibəsində, son illərdə Afrikada məğlub olmayıb, Fransa həm də 2020-2023-cü illərdə Cənubi Qafqazda məğlub oldu. Son illər özünü təmiz urvatsız edən rəsmi Paris bununla barışmalı, regiona soxulmaq siyasətindən əl çəkməlidir.

Avropa İttifaqını Azərbaycanla münasibətlərə yenidən nəzər salmağa çağıran özündən müştəbeh fransız Senatı elə bilir ki, dünya Fransanın, Avropanın ətrafında fırlanır.

AzərbaycanErmənistanın dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar fonunda fransız Senatının bu təxribatçı addımı siyasi klounluqdur.

Fransanın qardaş Türkiyəyə yönəlmiş ittihamlarını da qətiyyətlə rədd edirik.

Ermənistan da başa düşməlidir ki, Fransanın heç kimə lazım olmayan silahları ona sırıması, Avropa İttifaqının Ermənistanda baza qurması İrəvana heç bir kömək etməyəcək, əksinə AzərbaycanErmənistan arasında sülhün bərqərar olmasına mane olacaq. Fransanın Ermənistana maksimum verə biləcəyi Qarabağ ermənilərinə Parisin fəxri vətəndaşı adı verib baş aldatmaq ola bilər. Ermənistan 1-ci Respublikanın səhvlərindən nəticə çıxarmalıdır”.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay