Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan İcması Brüssel görüşü ilə bağlı bəyanat yaydı

Qərbi Azərbaycan İcması iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşlə bağlı bəyanat yayıb.

Poliqon.info xəbər verir ki, bəyanatda deyilir:

"Əldə etdiyimiz məlumatlara görə, 2023-cü il iyulun 15-də Brüssel şəhərində keçirilmiş üçtərəfli görüşdə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı məsələsi müzakirə olunmuşdur.

Bizim qayıdış məsələmizin AzərbaycanErmənistan arasında münasibətlərin normallaşmasına dair danışıqların gündəliyinə gətirilməsi bu məsələnin sülh yolu ilə beynəlxalq hüquqa uyğun həlli istiqamətində tarixi bir inkişafdır. Bu, Qərbi Azərbaycan İcmasını və Ermənistandan zorla çıxarılmış hər bir azərbaycanlını qayıdış hüququnun reallaşması istiqamətində fəaliyyətə daha da ruhlandırır.

Qərbi Azərbaycan İcması bir daha bəyan edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması insan haqlarının və ədalətin təntənəsi olmaqla bərabər, ErmənistanAzərbaycan arasında davamlı sülhün bərqərar olması üçün zəruri bir şərtdir. Bu baxımdan biz Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı hüququ və təhlükəsizliyi məsələsinin Brüssel sülh prosesi çərçivəsinə gətirilməsini ürəkdən alqışlayırıq.

Qərbi Azərbaycan İcması qayıdış məsələsinə dövlətlərarası münasibətlərin normallaşmasına xidmət edən Brüssel sülh prosesində baxılmasına paralel olaraq, bu məsələ üzrə Ermənistan hökuməti ilə birbaşa danışıqlara hazır olduğunu bir daha bəyan edir və Ermənistan hökumətinə bununla bağlı dialoq çağırışını yeniləyir".

Poliqon.info 


Etiket: Bəyanat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay