Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyir”

“Əgər İranın nüvə sazişinə dair Hərtərəfli Birgə Fəaliyyət planı pis idisə, niyə onu imzaladınız?..”


Bbu sözləri İran prezidenti Həsən Ruhani “Təbriz - 2018” tədbirlərinin rəsmi açılış mərasimində çıxışında deyib.


H. Ruhani bildirib ki, ABŞ və Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyirlər: “Tamah və acgözlüyünüz hara kimi davam edəcək? Bölgədəki neft yataqlarımızı istəyirsiniz? Yoxsa bəzi ölkələrin sahib olduğu yüz milyardlara göz dikmisiniz? Bölgənin zənginliyi sizləri dəli etdiyi üçün hər gün bölgədəki xalqların mənafeyinə və yeni çağa uyğun olmayan sözlər danışırısınız”.

Əcnəbi güclərin bölgəyə hər hansı sabitlik gətirməyəcəyini söyləyən H. Ruhani qeyd edib ki, Əfqanıstandakı dağıntılar, İraqdakı hücumlar, bölgədə terror alovunun artması və Səudiyyə Ərəbistanının Yəməni bombalaması xarici güclərin regiondakı əməllərinin nəticəsidir.

İran prezidenti ortaq mənafe uğrunda  dünya ölkələri ilə münasibətlər qurmağa və davam etdirməyə hazır olduqlarını da vurğulayıb: “Hər zaman doğru yolu və qarşılıqlı uduş prinsipini müdafiə etdik. Beynəlxalq münasibətlərdə hər kəs öz maraqlarını axtararsa, anlaşmalar davamlı olmaz”.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Ən çox oxunanalar