Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb İsrailin Qəzza zolağında bufer zona yaratmaq planlarından narahatdır

Qərb ölkələri və ABŞ İsrail Müdafiə Qüvvələrinin Qəzzada formalaşdırmağı planlaşdırdığı bufer zonasının daimi olacağından narahatdır...

Poliqon xəbər verir ki, bu barədə İsrailin Haaretz nəşri məlumat yayıb. Vəziyyətlə tanış olan diplomat nəşrə bildirib ki, don bir neçə gün ərzində İsrail höküməti bir neçə Qərb hökumətini müharibə başa çatdıqdan sonra Qəzza zolağında bufer zona yaratmaq planları barədə məlumatlandırıb. Danışıqlara yaxın olan diplomatik mənbə hər hansı təfərrüatlı planın olmadığını bildirib.

İsraillilərə bununla bağlı konkret suallar verildikdə məlum olub ki, İsrail hökümətinin də bu suallara hələ cavabları yoxdur. Onlar bufer zonasının nə qədər dərin olacağını, onu necə dəqiq tətbiq edəcəklərini və ya nə qədər davam edəcəyini bilmirlər.

“Problem ondadır ki, biz bütün bu sualların cavabını bilməliyik ki, onu dəstəkləyəcək, ya yox”, deyə mənbə nəşrə izah edib.

Müzakirələrdə iştirak edən diplomatlar Haaretz-ə bildiriblər ki, prinsipcə Qərb dövlətlərinin əksəriyyəti İsrailin hansısa bufer zonası yaratmalı olduğunu başa düşür və Qəzza zolağında yeni idarəetmə sistemi qurulana qədər bunu müvəqqəti həll yolu kimi görür. Onlar bufer zonasının daimi olmasına qarşıdırlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Xarkov vilayətində Rusiyanın hücumu səngiyib, onlar yeni taktikadan istifadə edirlər...

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Ən çox oxunanalar