Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazinin xəbəri olmadan adına VÖEN açılıb, 58 min borcu var - Video

Saatlı rayon sakini Yəhya Caxalovun adına xəbəri olmadan VÖEN açılıb.

Xəzərxəbər bildirir ki, vergi xidmətindən göndərilən məktubla isə külli miqdarda borcunun olduğunu öyrənib.

Zərdab rayonunda kirayədə qalan Yəhya Caxalov iddia edir ki, gələn məktublarda onun dövlətə 59 min manata yaxın borcunun olduğu qeyd edilib. O da məsələni araşdırdıqda şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında adına VÖEN açdırıldığını öyrənib:

"Getdim Saatlı rayonunun vergilər idarəsinə, orada dedilər ki, "bəli, 2022-ci ilin mart ayının 31-də adınıza VÖEN açılıb". O vaxta qədər mənim daıma VÖEN yox idi".

Hazırda sistemdə onun 58 min 751 manat borcunun olduğu görünür. Yəhya iddia edir ki, ona bu VÖEN əsasında 2021-ci ildə alqı-satqı işləri aparıldığı bildirilib. Özü ümumiyyətlə o işlərlə məğşul olmadığını və fəhlə işlədiyini deyir. Qeyd olunan tarixdə isə xəstəxanada müalicə alırmış.
Y. Caxalov bildirib ki, Vətən müharibəsində iştirak edib və yaralanıb. 

Məsələ ilə baglı 5 saylı Ərazi Vergilər İdarəsindən bildirildi ki, Yəhya Caxalov Saatlı rayon vergi şöbəsinə rəsmi müraciət edib. Onun izahatı alınıb. Hazırda fakt araşdırılır. Əgər iddialar təsdiqini tapmasa, sözügedən borc silinəcək. Yəhya Caxalov isə hüquq- mühafizə orqanlarına müraciət edəcəyini deyir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar