Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağın erməni sakinlərinin problemlərinin həlli üçün görülən işlər açıqlanıb - Siyahı

Azərbaycanın mərkəzi hakimiyyətinin Qarabağın erməni sakinlərinin sosial, humanitar, iqtisadi problemlərinin, eləcə də bölgənin infrastruktur məsələlərinin həlli üçün görülən tədbirləri açıqlanıb...

Poliqon xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından bildirilib ki, sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyi tərəfindən erməni sakinləri üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Eyni zamanda, erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam, FüzuliKəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər tərəfindən erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərilir.

Bundan başqa, sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, ilk növbədə, bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri olmaqla yanacaq-sürtgü materiallarının göndərilməsi təmin ediləcək.

Bildirilib ki, Rusiya sülhməramlı qüvvələrin kontingentinin şəxsi heyətinin istifadəsi, eləcə də sülhməramlılar vasitəsilə mülki əhaliyə çatdırılması üçün Laçın-Xankəndi yolu ərzaq və gündəlik tələbat mallarının keçidi təmin olunur.

Vurğulanıb ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq, dərman preparatları və uşaq qidasından ibarət yüklərin aparılmasına, təşkilatın Bakı və Cenevrə ofislərindən Xankəndidə olan alt-ofisinə əlavə heyətin ezam olunmasına şərait yaradılır.

BQXK müraciəti əsasında tibbi yardıma ehtiyacı olan şəxslərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Ən çox oxunanalar