Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ probleminin uzunmüddətli həlli yolu tapılmazsa...“



"Dağlıq Qarabağ probleminin uzunmüddətli həlli yolu tapılmazsa, münaqişənin yeni güclə şiddətlənəcəyi təhlükəsi var"


Bunu Trend-ə Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutunun baş tədqiqatçısı Neyl Melvin Avropa Parlamentində Gənc Liderlərin Forumunda deyib.
 
N.Melvin etiraf edib ki, Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına az diqqət yetirir və Ukrayna böhranının həllinin axtarışı məsələsində daha aktiv mövqe tutur.
 
O xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi yarananda Aİ-nin ümumi xarici mövqeyi olmayıb və vasitəçilik etmək üçün lazımi vəziyyətdə olmayıb.
 
N.Melvinin sözlərinə görə, hazırda Aİ-nin münaqişələrin həll edilməsi üçün resursları var, lakin bu məsələdə hələ də siyasi strategiyası və kompleks yanaşması yoxdur: "Aİ üzv ölkələrinin bir sıra əsas sahələrdə nə etməklə bağlı ideyalarda konsensusunu əldə etməyib. Hətta Ukrayna böhranı məsələsində sanksiyalar tətbiq etməklə bağlı razılaşsalar da, sanksiyalardan başqa Rusiya ilə gələcək əlaqələrin ümumi strategiyası yoxdur".
 
Aİ-nin digər münaqişələrin həlli üzrə danışıqlar prosesinə cəlb edilməsinə gəlincə, ekspert bildirib ki, əvvəlcə Avropa İttifaqının Ukrayna böhranının həll edilməsi məsələsində birgə işləyə bilib-bilməyəcəyinə baxmaq lazımdır: "Əgər Aİ vasitəçilik rolunu üzərinə götürərsə, İttifaq münaqişəyə cəlb olunmuş ölkələrin daxili siyasətinə təsir etməli olacaq. Ukraynadakı rus cəmiyyətləri ilə bağlı hadisələr göstərdi ki, Aİ bu sahədə vəziyyətə nəzarət etməlidir".
 
N.Melvin əlavə edib ki, ümumilikdə Aİ vasitəçiliyi üzərinə götürərsə, regiondakı vəziyyətlə bağlı yanaşma müəyyənləşdirməlidir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar