Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ münaqişəsi dondurulmuş deyil...“ - İsrailli ekspert

“İsrail Azərbaycanla münasibətlərə böyük önəm verir. Türkiyə-İsrail münasibətlərinin gərginləşməsindən sonra Ankara tərəfindən olan təzyiqlərə baxmayaraq, İsrail-Azərbaycan münasibətləri yaxın qaldı”


APA-nın məlumatına görə, bunu İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun Cənubi Qafqaz və Türkiyə üzrə eksperti Gallia Lindensraus deyib.

O bildirib ki, bu, İsrail tərəfdən yüksək qiymətləndirilib: “İsrail xeyli müddət enerjiyə ac olub. Enerji təhlükəsizliyi İsrail üçün uzun müddət ən vacib məsələlərdən biri olub. İsrail neftin 40 faizini Azərbaycandan alır. Düzdür, ölkəmizin indi dəniz sahillərində təbii qaz yataqları aşkar edilib. Əvvəlki dövrə nisbətən daha az enerjiyə ehtiyac duyulsa da, hələlik neft amili çox vacibdir”.
 
Ekspert bildirib ki, aprel hadisələrindən sonra İsrailin Azərbaycanın xeyrinə bəyanat verməməsindən Bakı o qədər məmnun olmasa da, döyüşlərdə Azərbaycan İsraildə istehsal olunan texnikadan istifadə edib: “Bu isə Azərbaycan tərəfi üçün münasibətlərin çox faydalı olduğunu sübut edir. İsrail silahlarından istifadə müharibənin gedişatını dəyişdi”.
 
Ekspert Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük amilin Rusiya olduğunu bildirib: “Düşünürəm ki, Rusiyanın bu münaqişənin həllində marağı yoxdur və o, bu münaqişənin davam etməsindən faydalanır. Erməni diasporu da bu məsələdə vacib rol oynayır. Lakin diaspor Türkiyəni Dağlıq Qarabağ məsələsinə qatmamalıdır. Burada Türkiyə Azərbaycana çox dəstək verir. Bu münaqişənin 1915-ci ildə baş verənlərlə heç bir əlaqəsi yoxdur. Biz bu əlaqəni qırmalıyıq. Başqa bir məsələsə isə Naxçıvan amilidir. Münaqişənin həlli Naxçıvanı təcriddən azad edə bilər. Ermənistanın bunu istədiyini düşünmürəm. Dağlıq Qarabağ münaqişəsi dondurulmuş deyil, bu ərazidə hər zaman nələrsə baş verir. Rusiya burada böyük rol oynayır”.
 
O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Azərbaycana təhlükə törətmədiyini bildirib: “Fikrimcə, iki ölkə arasında sərhədlərin açılması Azərbaycan üçün də yaxşı olar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Ən çox oxunanalar