Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qar hərəkəti iflic eti – Sürücülər təlaş içində - Video


İsmayıllıya gecə saatlarında yağan qarın hündürlüyü 40-50 sm-ə çatıb


ARB Şəki xəbər verir ki, Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. 

Avtomobillər saatlarla yolda gözləmək məcburiyyətində qalıblar. Rayonun Lahıc qəsəbəsi və 20-yə yaxın ucqar kəndlə rayon mərkəzini birləşdirən yollarda avtomobillərin hərəkəti dayandırılıb. Hazırda yolların açılması istiqamətində işlər davam etdirilir.

Şamaxıda da sürücülər yola çıxmağına peşman olub. Buz meydançasını xatırladan yollarda avtomobillər xizək kimi sürüşüb, kiçik qəzalar qaçılmaz olub. Texnikalar yolun qardan təmizlənməsinə cəlb edilsə də təkrar yağan qar buzlaşmayla nəticələnib. Bakı-Şamaxı yolunda güclü külək yolun bir hissəsinə qar topası yığıb. Müşfiqabad qəsəbəsi və Atyalı adlanan ərazidə hərəkət bir müddət məhdudlaşıb.

QəbələOğuz rayonlarında qarın qalınlığı 60 sm, dağlıq kəndlərdə və dağətəyi ərazilərdə isə 80-90 sm-dək olub. Gecə saatlarından etibarən yolların qardan təmizlənməsinə başlanılıb.

Şəkidə isə qarın hündürülü şəhər ərazisində 20, dağlıq ərazilərdə isə 30-40 sm-ə çatıb. Yollarda hərəkət çətinləşib. Havanın temperaturu gunorta saatlarında -3,-5 dərəcə təşkil edib. Bu gün gecə saatlarında da şaxtalı hava şəraitinin davam edəcəyi, yolların buz bağlayacağı ehtimal olunur. Odur ki, yol polisi sürücülərə xəbərdarlıq edir. Şaxtalı hava şəraitinin fevralın 18-i günorta saatlarınadək davam edəcəyi gözlənilir. Növbəti günlərdə isə temperatur dağlıq ərazilərdə 5 dərəcəyədək yüksələcək.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar