Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaqauziyanın rəhbəri Moldova prezidentini məhkəməyə verəcək

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul Moldova prezidenti Maya Sandunu böhtan iddiası ilə məhkəməyə vermək niyyətindədir...

Qaqauziya muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul bildirib ki, dövlət başçısı onu muxtariyyətə qanunsuz rəhbərlik etməkdə və cinayətkar qrupun maraqlarını təmsil etmək ittiham larından sonra vəkilləri Moldova prezidenti Maya Sanduya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı iddia hazırlayırlar.

Poliqon xəbər verir ki, bu barədə Qaqauziya lideri özünün telegram kanalında yazıb.

Qutsulun sözlərinə görə, prezident Maia Sandu növbəti dəfə Qaqauziya xalqının muxtariyyətinə hücum edib.

“Sandunun bəyanatları bütün qaqauzları, həm yerli sakinləri, həm muxtariyyət seçiciləri, həm də bir il əvvəl muxtariyyət seçkilərində iştirak edən mənim rəqiblərimi təhqir edir. Sandu və onun partiyası qaqauz seçicilərinin nə seçiminə, nə də iradəsinə dəyər vermir. Hüquqşünaslarımız dərhal vətəndaş Maia Sanduya qarşı yalan və böhtana görə diffamasiya iddiası qaldıracaqlar”, deyə Qutsul yazıb.

Qaqauziyadakı seçkilərin qanuni olduğunu və Moldova hakimiyyətinin səsvermənin nəticələrinə etiraz etmədiyini vurğulayan Qutsul qeyd edib ki, o, yerli əhalinin maraqlarını təmsil edir.

“Mən bu saxta ittihamları qəti şəkildə rədd edirəm. Hələlik vətəndaş Sandunun bu yalan və böhtanına məhəl qoymamışam, amma bu gün o, bütün sərhədləri aşdı. Mən ondan qanun qarşısında cavab verməsini tələb edirəm”, deyə siyasətçi yazıb.

Qutsul ümid etdiyini bildirib ki, Sandu “sözlərinə cavab vermək” üçün cəsarət tapacaq.

Xatırladaq ki, daha əvvəl Maia Sandu Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu nazir təyin etməkdən imtina edib. O, qərarını Qutsulun “Şor cinayətkar qruplaşması”nda çalışması və ölkəsinə qarşı bəyanatlar verməsi ilə əlaqələndirib.

Qanuna görə, Qaqauz muxtariyyətinin rəhbəri avtomatik olaraq Moldova hökumətinin üzvü təyin olunmalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay