Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qanuni oğru” “Quli” ilə görüşdə döyüldü - Təfərrüat

Kutaisi qruplaşmasının məşhur simalarından olan "qanuni oğru” "Kvejoeviç” ləqəbli Quram Çixladze Türkiyədə döyülüb

"CrimeRussia" xəbər verir ki, hadisə azərbaycanlı "qanuni oğru” "Quli” ləqəbli Nadir Səlifovla görüş zamanı baş verib. Görüş bəzi məsələləri aydınlaşdırmaq məqsədilə keçirilib. Həmin vaxt "Quli”nin köməkçisi, milliyyətcə qazax olan Arman adlı şəxs Çixladzeyə əl qaldırıb. Lakin o, Çixladzenin "qanuni oğru” titulu daşıdığını bilməyib. Bununla belə, "Quli” onun cəzalandırılmasına imkan verməyəcək.

Məlumatda deyilir ki, həmin vaxt Nadir Səlifovun özü Çixladzeyə hücum edə bilərdi və buna səbəb də var idi. Çünki bir müddət əvvəl Çixladzenin mərhum "qanuni oğru” Rövşən Lənkəranskinin ailə üzləri ilə, həmçinin 2017-ci ildə "Quli”nin evinə hücum hazırlayanlarla danışdığı məlum olub. Nadir Səlifov Çixladzenin onlardan uzaq durmağa çağırıb və ona xəbərdarlıq edib. Lakin Çixladze xəbərdarlığa məhəl qoymayıb. İnternetdə onun "Quli”nin əzəli rəqiblərindən biri ilə fotosu yayılıb.

Məlumatda o da vurğulanır ki, Quram Çixladze insidentdən dərhal sonra İsrailə çox yaxın olduğu "qanun oğrular”ın yanına uçub.

Bildirilir ki, artıq bütün kriminal aləm bu insidentdən xəbərdardır və güman ki, baş verənlərin davamı olacaq.(Yenisabah)

pia.az


Etiket: Qanuni oğru

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Yanacaq filtrinin tutulmasının əlamətləri nələrdir?

Ən çox oxunanalar