Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadınlara qarşı zorakılıq və qətllərin sayı niyə azalmır? - “Qadın özünü qorumağı bacarmalıdır...” 

Qadın özünə güvənməsə, qiymət verməsə, kişi ona qiymət verməyəcək...

Bir neçə gün öncə Sabunçu rayonunda qardaş bacısını “WhatsApp” statusuna görə bıçaqlayıb. Belə ki, qardaş həyat yoldaşı ilə gələn bacını qarşılayaraq, onun kürəyinə iki bıçaq zərbəsi vurub. 

Bu gün isə Saray qəsəbə sakini olan 28 yaşlı kişi 7 yaşlı övladını döyüb. Uşağını ərinin əlindən almaq istəyən qadın da əri tərəfindən dəmir boru ilə amansızcasına döyülüb. Elə bir vəziyyətə salınıb ki, hamilə qadın ölüb.   

 Bu məsələlər nə qədər müzakirə olunsa da, qadınlara qarşı zorakılıq və qətllərin sayı azalmır. Kişilər qadınları daim yumruq altında saxlamağa çalışır, onlara tabe olmasını istəyirlər. Qadın da onun dediyini etmədikdə, mübahisə yaranır, mübahisənin də sonu qətl ilə nəticələnir. Mübarizə aparılsa da, hadisələrin sayı azalmır. Əksinə, gündən-günə artır. Hətta bəziləri düşünür ki, qadınlara qarşı zorakılıq və qətllərin sonu görünmür.

Bəs görəsən, bu kimi xoşagəlməz hadisələrin qarşısının alınması üçün nə kimi cəza tədbirləri görülməlidir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, 10-15 il cəza verilsə də, qarşısı alınmır:

“Zorakılıq edən hər kəsə cəza verilir, lakin qarşısı alınmır. Cəmiyyətin özü dəyişilməlidir. Bizim vaxtımızda qonşular, hər kəs bir-birini tanıyırdı. Kimin evdə nə var, nə yox hamısı hər kəsə məlum idi. İndi isə heç qonşu qonşunu tanımır. Cəmiyyətdə insanların bir-birinə biganəliyi var. Ona görə bu kimi halların sayı artıb”.

N.Cəfəroğlu qeyd edib ki, qətl hadisəsi birdən-birə baş vermir:

“Onların evində demək ki, həmişə belə mübahisələr olub. Ailədə vəziyyət əvvəldən pis imiş. Sosial şəbəkə nə dərəcədə insan həyatının sonlanmasına səbəb ola bilər ki?! Həmin şəxs həm özünü, həm də qarşı tərəfi bədbəxt edib. Cəmiyyətimiz dəyişilməlidir”. 

Hüquq müdafiəçisi əlavə edib ki, qadın özünü hər kəsdən müdafiə etməyi bacarmalıdır:

“Qadınların özündə də fərasət olmalı, onlar özünü qorumağı bacarmalı, güclü olduğunu göstərməlidir. Qadın özünə güvənməsə, qiymət verməsə, kişi ona qiymət verməyəcək. Qadın özü özünə qiymət verməlidir. Görsə ki, evdə ona qarşı münasibət pisdir, ayrılsın”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elşad Mirbəşiroğlu isə əlavə edib ki, həmin şəxslər bilərəkdən bu hadisəni törətdiyi üçün məsuliyyətə cəlb olunmalıdır:

“Hadisəyə baxılmalıdır. Hansı cəza tələb olunursa, o tətbiq olunmalıdır. Həmin şəxslər qəsdən adam öldürmə və adam öldürməyə cəhd maddəsi ilə məsuliyyətə cəlb olunacaqlar. Cinayətin növünə uyğun cəza tətbiq edilib, həbs olunacaqlar. Qarşısını almaq üçün isə mübarizə aparılmalıdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Avropada yaşamaq üçün ən yaxşı şəhər açıqlandı

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

ABŞ Ukraynaya yeni hərbi yardım paketi elan edib    

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Ən çox oxunanalar