Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadın voleybolçular arasında Azərbaycan çempionatı başlayıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023/2024 mövsümü start götürüb...

"Report" xəbər verir ki, mövsümün ilk qarşılaşmasında son ölkə çempionu “Azərreyl” və kubokun sahibi “Abşeron” üz-üzə gəliblər.

Oyundan əvvəl Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırova xatirə hədiyyəsi və Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının oyunçularının imzası olan formanı təqdim edib. Daha sonra qarşılaşmaya start verilib.

Bakı İdman Sarayında baş tutan görüş gərginliyi ilə yadda qalıb. İlk setdə “Abşeron” 27:25 hesabı ilə qalib gəlsə də, ikinci hissədə “Azərreyl” 25:23 hesabı ilə üstün olub və ümumi hesabı bərabərləşdirib. Maraqlı mübarizə şəraitində keçən növbəti setlərdə isə “Abşeron” qələbə qazanıb - 25:16, 25:20. Beləliklə, mövsümün ilk matçında “Abşeron” 3:1 hesabı ilə qalib gəlib.

Ölkə birinciliyində növbəti oyunlar noyabrın 7-də keçiriləcək. Saat 15:00-da GİN-in Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “UNEC” klubları üz-üzə gələcəklər. Saat 18:00-da başlayacaq növbəti qarşılaşma isə “Gəncə” və “Murov Az-Terminal” komandaları arasında baş tutacaq.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar