Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qadağalara əməl etməyənlər haqda tədbir görüləcək"


Kənd Təsərrüfatı Nazirliyi bitkilərin toxumçuluğu, tingçiliyi, istehsalı və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib


Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətindən Strateq.az-a verilən məlumatda kənd təsərrüfatı bitkilərinin toxumçuluğu, tingçiliyi və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırılır ki, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında yalnız patentləşmiş və dövlət reyestrinə daxil edilmiş seleksiya nailiyyətləri (bitki sortları) istehsalatda istifadə edilə bilər:

“Sortun dövlət reyestrində olması, həmin sortun toxumunun və yaxud əkin materialının Azərbaycan Respublikası ərazisinə gətirilməsinə, uyğun regionlarda reallaşmasına (satılmasına), karantin tələblərinə riayət edilməklə daşınmasına, artırılmasına hüquq verir. Ölkəyə gətirilən bitki materialları (toxum, ting, digər əkin materialı) müvafiq qaydada standartlara uyğun sertifikatlar ilə təchiz olunmalıdır.

“Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq (mənşə) sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Azərbaycan Respublikasına idxal oluna bilər. Dövlət Reyestrində qeydiyyata alınmamış sortların toxumları yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə idxal oluna bilər.

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin 21.1. bəndinə əsasən Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin (GMOB) genetik materiallarının gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır.

Göstərilənlərə əməl etməyən hüquqi və fiziki şəxslər barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 166 (İxtiraçılıq və patent hüquqlarını pozma) və 200-cü maddələrinin (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) tələblərinə əsasən müvafiq tədbirlər görüləcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

Ən çox oxunanalar